
Hüquqinfo.az bildirir ki,
İranda ilk dəfə olaraq “Canfəda” adlı könüllü kampaniyanın qadın iştirakçıları üçün hərbi hazırlıq təlimi keçirilib.
Kampaniya vətəndaşların hərbi bacarıqlar, eləcə də fövqəladə vəziyyətlər zamanı davranış və fəaliyyət qaydaları üzrə təlim keçməsini nəzərdə tutur.
Qeyd olunub ki, bu təlim “Canfəda” proqramında iştirak edən qadınlar üçün ilk belə tədbir olub. İran hakimiyyəti hərbi münaqişələr və fövqəladə hallar zamanı fəaliyyət göstərə biləcək könüllülərin sayını artırmaq məqsədilə proqramı inkişaf etdirir.









