Hüquqinfo.az
Hüquqinfo.az — hüquq və xəbər portalı
Dünya

İstanbulda son 76 ilin yağıntı rekordu qeydə alınıb, 1 kvadratmetrə 240 kq yağış yağıb | Hüquqinfo.az

15 okt, 11:52
Xəbər şəkli

Hüquqinfo.az bildirir ki,

İstanbulda yağan güclü yağış son 76 ilin yağıntı rekordunun qeydə alınmasına səbəb olub.

Hüquqinfo.az-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə İstanbul valisi Davud Gül məlumat yayıb.

O bildirib ki, İstanbulun Beykoz rayonunda 1 kvadratmetrə 240 kq, Eyüpsultanda 186 kq, Sarıyerdə 178 kq, Maslakda 163 kq, Şişlidə 130 kq, Böyükçəkməcədə 120 kq, Üsküdarda isə 95 kq yağıntı düşüb.

Məlumata görə, hadisələr nəticəsində 2 722 nəfər xilas edilib, 2 nəfər həlak olub, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Güclü yağışla əlaqədar məktəblərdə və bəzi iş yerlərində tətil daha bir gün uzadılıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.