Lavrov: Rusiya TRIPP-də iştirak etməyə hazırdır, lakin hələ müraciət almamışıq | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bununla belə, Rusiya TRIPP layihəsində iştirakla bağlı müraciət almayıb.
Lavrov qeyd edib ki, bütün maraqlı tərəflər Rusiyanın imkanları və infrastruktur layihələrdə iştirak etmək istəyi barədə məlumatlıdır.
Lavrov onun da qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini və Vaşinqtonda əldə olunan razılaşmanı alqışlayır.
“Rusiya regionda infrastruktur layihələrdə iştiraka hazır olduğunu dəfələrlə deyib. Rusiya Dəmir Yolları konsessiyaya malikdir və Cənub Qafqaz Dəmir Yolları çərçivəsində işləyir. Bütün bu infrastruktur bizə tanışdır. Bu infrastrukturu texnoloji cəhətdən Rusiya təmin edir. Hələlik biz Donald Tramp adına olan nəqliyyat marşrutu layihəsində iştirakla bağlı müraciət almamışıq. Lakin bizim imkanlar və hazırlığımız barədə bütün maraqlı tərəflər məlumatlıdırlar”, - Rusiya XİN rəhbəri vurğulayıb.
Populyar Xəbərlər

Qalatasaray Çempionlar Liqasında Ştutqartı məğlub edib | Hüquqinfo.az

Qalatasaray Ştutqart klubu ilə oyunda üstünlük qazandı | Hüquqinfo.az

Fransa həbsxanalarında məhbus sayı tarixi maksimuma yüksəldi | Hüquqinfo.az

Süni intellektə analiz nəticələrini oxutmaq təhlükə saçır | Hüquqinfo.az
Həftənin Xəbərləri

Böyük Britaniyada miqrantlar üçün daimi yaşayış icazəsi müddəti artırılır | Hüquqinfo.az
2 noy, 22:57
Donald Tramp: ABŞ Rusiya və Çin ilə qarşılıqlı kəşfiyyat fəaliyyəti həyata keçirir | Hüquqinfo.az
2 noy, 03:27
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib | Hüquqinfo.az
1 noy, 23:13
Prezident İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb | Hüquqinfo.az
1 noy, 22:39
"Neftçi" Şamaxıda qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəldi | Hüquqinfo.az
1 noy, 16:55
