
Hüquqinfo.az bildirir ki,
Türkiyə "Terrorsuz bölgə" təşəbbüsü çərçivəsində Suriya, İran və İraqla dördtərəfli mexanizmin yaradılmasını təklif edə bilər.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi "TGRT Haber"ə müsahibəsində deyib.
M. Çiftçi bildirib ki, məsələ yaxın günlərdə yenidən gündəmə gətiriləcək və həmkarlarına təqdim olunacaq.
Nazirin sözlərinə görə, hazırda təşəbbüslə bağlı konkret "yol xəritəsi" müəyyənləşdirilməyib: "Yol xəritəsinin yaxın günlərdə dəqiqləşdirilməsi gözlənilir".
M.Çiftçi qeyd edib ki, Türkiyənin "terrorsuz bölgə"yə çevrilməsi qanunsuz qruplaşmaların silahlarını yerə qoymasından asılıdır.
"Biz əlimizdən gələn qədər çalışırıq ki, bu proses daha da qısa zaman ərzində həll olsun", - o vurğulayıb.








