
Hüquqinfo.az bildirir ki,
Son günlərdə ölkə nəqliyyyatındakı sıxlıq çətin vəziyyət yaradıb. Belə ki, metronun bağlanması, Formula 1 yarışlarının başlaması da bu məsələyə təkan verən problemlərdən biridir.
“Hüquqinfo.az” xəbər verir ki, metro və avtobuslarda sıxlıq yaşandığı kimi, dəmiryol vağzalında qatarlarda da bu hallarla üzləşmək mümkündür.
Belə ki, Sumqayıtdan Bakıya hərəkət edən ADY qatarlarından birində həddindən artıq sərnişin sıxlığı yaranıb. Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.
Görüntülərdən bəlli olur ki, Sumqayıtdan Bakıya yola düşən qatarda sərnişinlərin sayı çox olduğundan vaqonlarda hərəkət etmək çətinləşib. Hətta bəzi sərnişinlərin yer olmadığı üçün qatarın ayaqyolunda dayanmağa məcbur qaldığı görünür.










