Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Gözətçi ehtiyatsızlıqdan özünü güllələdi--:--
News
Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb--:--
News
Kino sənayesi süni intellektlə hesablaşmalı olacaq--:--
News
ABŞ dövlət katibi: Tramp Zelenski ilə enerji infrastruk...--:--
News
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahl...--:--
News
Gözətçi ehtiyatsızlıqdan özünü güllələdi--:--
News
Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb--:--
News
Kino sənayesi süni intellektlə hesablaşmalı olacaq--:--
News
ABŞ dövlət katibi: Tramp Zelenski ilə enerji infrastruk...--:--
News
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahl...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

"Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH

Bugün, 16:15
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Türk dövlətlərinin həbi sahədə əməkdaşlığı genişlənir. Azərbaycanda "Birliyin Gücü - 2026" devizi altında Özbəkistan və Türkiyə hərbiçilərinin də iştirakı ilə təlimlər keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunacaq.

Bildirilib ki, şəxsi heyət, döyüş texnikaları, dəniz və aviasiya vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının cəlb edilməsi ilə icra ediləcək təlimin əsas məqsədi birgə əməliyyatlara hazırlıq səviyyəsinin artırılması, qoşunların koordinasiyasının və təlim prosedurlarının standartlaşdırılması, eləcə də bölmələrin yeni döyüş imkanlarının təkmilləşdirilməsidir.

Təlimdə iştirak etmək məqsədilə hər iki ölkənin Silahlı Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəliblər.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu 2024-cü ilin fevralında Özbəkistanın Daşkənd vilayəti ərazisində "Dağ rəhbəri" kursunda iştirak edib.

Müasir dünyamızda silahlı münaqişələr, müharibələr, iğtişaşlar, dövlətin, dövlətçiliyin əleyhinə tuşlanan müxtəlif təmayüllü fəaliyyətlər, ekstremist hərəkətlər, terror, təhlükəsizliyi, ərazi bütövlüyünü, sabitliyi, əməkdaşlığı təhdid edən başqa hadisələr baş verir.

Bu kimi olaylar Türk dövlətlərinin mənafe və maraqlarının, regional, qlobal miqyasda əməkdaşlıqlarının təmin olunmasının vacibliyini gündəliyə gətirir.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi bölgələr yeraltı, yerüstü sərvətlərlə zəngindir. Bu isə bölgədənkənar dövlətlər və şirkətlər üçün cəlbedicidir. Xarici iqtisadi-ticarət maraqların təmin olunması üçün regionda sabitliyin olması və təhlükəsizliyin təmin edilməsi vacibdir. Başqa sözlə, riskli ölkələr və bölgələrlə bu istiqamətdə əməkdaşlıq ya edilmir, ya da bu, qismən baş verir.

Ona görə də Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiyanın təhlükəsizliyi, Türk dövlətlərindən daha çox asılıdır. TDT-nin təhlükəsizlik və müdafiə sahəsində tədbirlərinə regiondakı başqa ölkələrin də qoşulması həm də onların əmin-amanlıqda yaşamasını təmin edər.

Hadisələr göstərir ki, təhlükəsizliyin təmin olunmasında və müdafiə məsələlərində regional dövlətlərin birlik nümayiş etdirmədikləri halda arzuedilməz vəziyyət yarana bilir. Belə şərait həm də qlobal təhlükəsizliyin və əməkdaşlığın təminini çətinləşdirir. Deməli, TDT-yə üzv ölkələrin təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı, onu genişləndirməsi həm də qlobal əhəmiyyət daşıyır. Bu, ölkələrin ərazisinə kənar müdaxilələrin qarşısını almaqda, terrora, başqa belə cinayətlərə qarşı birgə mübarizədə də tələb olunan şərtlərdəndir.

Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin payızında Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşündə təhlükəsizliyin təmin olunmasında əməkdaşlıqla bağlı məsələdən də bəhs edib. Dövlət başçısı qurumun işlək orqan kimi fəaliyyətinin gücləndirilməsi və təşkilat işinə dəstək məqsədilə Azərbaycanın TDT Katibliyinin hesabına iki milyon dollar məbləğində ianə köçürdüyünü bildirib.

O, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensialını nəzərdə alaraq TDT-nin qlobal arenada vacib aktora çevirdiyini də vurğulamışdı.

Azərbaycan Prezidenti bu çərçivədə Türkiyə ilə dərin əməkdaşlığın mövcudluğunu vurğulayaraq 2024-2026-cı illərdə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirildiyini xatırlamışdı.

İlham Əliyev bir il öncə , TDT ölkələri arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etmişdi. Çünki hərbi güc olmadan dövlətin müstəqilliyi və təhlükəsizliyinin təmini mümkünsüzdür. Bu sahədə TDT ölkələrinin fəaliyyətinin birləşməsi xarici təhdidlərin qarşısının alınmasında mühüm sayılar.

Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad etmiş dövlətdir. Dövlətimiz və dövlətçiliyimiz davamlı olaraq təhdid və yabanı, çeşidli ideoloji fikirlərin təzyiqləri ilə üzləşir. Türkiyə də davamlı olaraq terror təhlükəsi, ərazi bütövlüyü və suverenliyinin təhdidi ilə mübarizə aparır. Cümhuriyyət "Terrorsuz Türkiyə" təşəbbüsü ilə terroru tamamilə bitirmək, milli həmrəyliyi və sosial inteqrasiyanı gücləndirmək məqsədi daşıyan tarixi siyasi və hüquqi prosesi başladıb. Ölkə parlamentində "Milli həmrəyliyin və sosial inteqrasiyanın gücləndirilməsi haqqında" 12 maddəlik qanun layihəsi qüvvəyə minib.

Orta Asiya ölkələri də sovetlər dağıldıqdan sonra müxtəlif silahlı ekstremist qruplara qarşı mübarizə aparıblar. Region ölkələrinin vətəndaşları İŞİD, əl-Qaidə kimi terror qruplarının tərkibində döyüşüblər, fəaliyyət göstəriblər.

Bu kimi amillər TDT ölkələrinin təhlükəsizlik sahəsində əməkdaşlıq etməsini şərtləndirir. Təkcə Azərbaycan indiyə qədər TDT ölkələrinin iqtisadiyyatına 20 milyard dollardan çox vəsait qoyub. Bununla yanaşı, Azərbaycan Özbəkistan, Qazaxıstan, Qırğızıstanla birgə sərmayə fondları yaradıb.

Türkiyə, Azərbaycan və Mərkəzi Asiya (Türküstan) iqtisadi sahədə əməkdaşlığı genişləndirir. Bu istiqamətdə həyata keçən və reallaşacaq yeni layihələrin təhlükəsizliyi də günün əsas məsələlərindən sayılır.

TDT-nin varlığı, bu qurumun yaranması regional miqyasda olduğu qədər qlobal əhəmiyyət də daşıyır. Türk dövlətləri sülh və əməkdaşlığı vacib amili sayır. Onun reallaşması isə təhlükəsizliyin təmin olunması və hərbi gücdən asılıdır.

Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin manevrləri təşkilat ölkələrinin ortaq təlimlər keçirməsi, birgə əməkdaşlıq üçün nümunə ola bilər. Bu, TDT-nin hərbi blok kimi də regional və qlobal miqyasda sülhün, təhlükəsizliyin təmini istiqamətində çıxış etməsinə şərait yaradar.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

News thumbnail
siyaset

ABŞ dövlət katibi: Tramp Zelenski ilə enerji infrastrukturuna zərbələrin dayandırılmasını müzakirə edəcək

News thumbnail
siyaset

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Ukrayna Dünya Bankından 841 milyon aldı

Bugün, 16:55
News thumbnail
Bugün
siyaset

Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı

Bugün, 16:50
News thumbnail
Bugün
idman

"Sumqayıt" basketbol klubu Kamran İmanovla müqavilənin müddətini uzadıb

Bugün, 16:49
News thumbnail
Bugün
dunya

BMT TŞ-də veto hüququ ləğv edilməlidir

Bugün, 16:48

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

"Avtovağzal" və "Xocəsən" metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

Bugün, 16:44
News thumbnail
Bugün
cemiyyet

Netanyahudan Məmdaniyə: Sənə ayıb olsun!

Bugün, 16:41
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan Gürcüstandan qoyun və keçi alışına çəkdiyi xərci 24 % azaldıb

Bugün, 16:37
News thumbnail
Bugün
siyaset

Toğrul Xəlilov bu mərkəzə direktor təyin edildi

Bugün, 16:34
News thumbnail
Bugün
siyaset

Dubay Əmirinin qardaşı dəfn edildi

Bugün, 16:29
News thumbnail
Bugün
iqtisadiyyat

Döyüşdəki üstünlüyü siyasi qazanca çevirmək... - Qalibaf

Bugün, 16:28
News thumbnail
siyaset

Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı

News thumbnail
siyaset

Toğrul Xəlilov bu mərkəzə direktor təyin edildi