
Hüquqinfo.az bildirir ki,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin regiondakı çətin və gərgin prosesdə Küveytin yanında olduğunu bəyan edib.
"Hüquqinfo.az" xəbər verir ki, Ərdoğan bunu Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Küveytin vəliəhd şahzadəsi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə keçirdiyi görüşdə bildirib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumatına görə, görüş zamanı ikitərəfli münasibətlər müzakirə edilib.
Ərdoğan bildirib ki, Türkiyə regiondakı çətin və gərgin prosesdə "Küveyt kimi qardaş ölkələrin" yanındadır.
Türkiyə lideri həmçinin İsrailin regiondakı vəziyyəti gərginləşdirən davranışlarının qarşısını alınmasının vacibliyini vurğulayıb və bunun üçün beynəlxalq səylərin dəstəklənməsinin əhəmiyyətinə diqqət çəkib.





