
Hüquqinfo.az bildirir ki,
Böyük Britaniya Yəməndə husilərlə münaqişədə Səudiyyə Ərəbistanına müdafiə xarakterli hərbi yardım göstərməyi nəzərdən keçirir.
Məlumata görə, London, xüsusilə, Səudiyyə Ərəbistanına hərbi təyyarələr üçün havada yanacaq doldurulması sahəsində yardım göstərə bilər. Britaniya hökuməti məlumatı şərh etməyib.
Mənbələr bildiriblər ki, London husilərə qarşı mübarizənin regionda sabitliyin təmin olunmasına və Bab əl-Məndəb boğazında gəmiçilik üçün təhlükənin azalmasına kömək edəcəyini düşünür.









