
Hüquqinfo.az bildirir ki,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkdakı “Türkiyə Evi”ndə keçirilən görüşdə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülməsinin vacibliyini vurğulayıb və ticarət gəmilərinə hücumların yolverilməz olduğunu bildirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
“Prezidentimiz Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsinin vacibliyini vurğulayıb. Ticarət gəmilərinə hücumlar yolverilməzdir və biz tərəflərdən məsuliyyətli davranış gözləyirik. Ərdoğan Türkiyənin Rusiya-Ukrayna münaqişəsinin davamlı sülhlə başa çatdırılması üçün səylərini davam etdirəcəyini və tərəflər arasında birbaşa danışıqların bərpasına çalışacağını da bildirib”.
Qeyd edək ki, bu il Qara dənizdə bir neçə türk gəmisi Ukrayna qüvvələrinin hücumuna məruz qalıb.









