
Hüquqinfo.az bildirir ki,
Rumıniyanın Suçava dairəsində Ukrayna ərazisindən daxil olan pilotsuz uçuş aparatı qəzaya uğrayaraq meşəlik əraziyə düşüb.
Hüquqinfo.az xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, hava hədəfi ölkənin hava məkanında təxminən 4 dəqiqə qalıb.
Regionun dörd yaşayış məntəqəsində məktəblərdə dərslərin başlanması müvəqqəti olaraq təxirə salınıb.
Vəziyyətə nəzarət etmək üçün Rumıniya Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları, həmçinin helikopter havaya qaldırılıb.










