
Hüquqinfo.az bildirir ki,
Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinin Staraya Hnılıtsa kəndində fermaya endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb.
“RBK-Ukrayna” Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən xəbər verir ki, ölənlərdən 2-si kişi, 4-ü qadındır.
Məlumata görə, hadisə nəticəsində daha 8 nəfər – ferma işçiləri yaralanıb. Onlara zəruri tibbi yardım göstərilir.







