
Hüquqinfo.az bildirir ki,
Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında İran sanksiyaları üzrə ekspertlər qrupunun mandatının uzadılmasını bloklayıblar.
Bildirilib ki, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək İran üzrə 1737 saylı Komitənin mandatının gələn ilin sentyabrına qədər uzadılmasını nəzərdə tutan qətnamə layihəsinin qarşısını alıblar.
ABŞ tərəfindən hazırlanan sənədin lehinə Təhlükəsizlik Şurasının 15 üzvündən 11-i səs verib, Somali və Pakistan isə bitərəf qalıb.








