
Hüquqinfo.az bildirir ki,
Belarus-Ukrayna sərhədində yerləşən “Novaya Quta” keçid məntəqəsində ailələrin qovuşması üçün humanitar missiya həyata keçirilib.
“Belta”nın xəbərinə görə, Rusiyadan Ukraynaya yaxınlarının yanına 15 nəfər yola düşüb. Ukrayna ərazisindən isə 3 nəfər Rusiyaya qayıdıb.
Məlumata görə, onların əksəriyyəti illərdir ailələrini görməyən pensiyaçılar və hərəkət imkanları məhdud şəxslərdir.








