
Hüquqinfo.az bildirir ki,
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 586 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azdır.
Axar.az Hüquqinfo.az.com-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölkəyə gələnlərin 27,9 faizi Rusiya, 19,4 faizi Türkiyə, 7,8 faizi İran, 4,8 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, 3,5 faizi İsrail, 3,4 faizi Pakistan, 3,2 faizi Özbəkistan və 2,6 faizi Çin və Hindistan vətəndaşlarının payına düşüb.
Həmçinin gələnlərin 2,5 faizini Səudiyyə Ərəbistanı, 1,6 faizini Ukrayna, 1,3 faizini Türkmənistan, 1,1 faizini Almaniya, 1 faizini Böyük Britaniya vətəndaşları təşkil edib. Digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin payı 12,7 faiz olub.
Azərbaycana gələnlərin 66,9 faizini kişilər, 33,1 faizini isə qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı 6,6 faiz artaraq 77,8 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 3,1 faiz artaraq 619,5 min nəfərə çatıb.
Körfəz ölkələrindən gələnlərin sayı 33,3 faiz azalaraq 192 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 8,2 faiz azalaraq 696,7 min nəfər olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,1 faizi hava, 25,5 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Eyni zamanda, 2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2,4 faiz azalaraq 1 milyon 384,5 min nəfər olub.
Xaricə gedən Azərbaycan vətəndaşlarının 43,9 faizi Türkiyəyə, 14,8 faizi Rusiyaya, 12,8 faizi Gürcüstana, 5,3 faizi İrana, 23,2 faizi isə digər ölkələrə səfər edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə gedənlərin sayı 2,2 faiz, Gürcüstana gedənlərin sayı 13,6 faiz artıb. Rusiyaya gedənlərin sayı 2,2 faiz, İrana gedənlərin sayı 41,2 faiz, digər ölkələrə gedənlərin sayı isə 3,9 faiz azalıb.
Xaricə gedən Azərbaycan vətəndaşlarının 64 faizini kişilər, 36 faizini qadınlar təşkil edib. Onların 70,7 faizi hava, 27,4 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.





