Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Pirallahıda “27 Sentyabr – Anım Günü” ilə əlaqədar tədb...--:--
News
Natali Mouravidze: Azərbaycanda sənaye zonalarının iqti...--:--
News
AzTU alimlərinin süni intellektlə bağlı araşdırması Q1 ...--:--
News
Nəcəf hava limanı İran reyslərini dayandırdı--:--
News
Sumqayıtdakı qəzada ölən şəxs hərbçi imiş--:--
News
Pirallahıda “27 Sentyabr – Anım Günü” ilə əlaqədar tədb...--:--
News
Natali Mouravidze: Azərbaycanda sənaye zonalarının iqti...--:--
News
AzTU alimlərinin süni intellektlə bağlı araşdırması Q1 ...--:--
News
Nəcəf hava limanı İran reyslərini dayandırdı--:--
News
Sumqayıtdakı qəzada ölən şəxs hərbçi imiş--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Elnur Məmmədov: ABŞ-la süni intellektin inkişafı ilə bağlı əməkdaşlıq nəzərdə tutulur

Bugün, 13:18
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan və ABŞ münasibətləri yalnız hesabatlarda qalmayıb. Bir sıra sənədlər imzalanıb və bəzi sənədlərin imzalanması nəzərdə tutulur.

Hüquqinfo.az xəbər verir ki, bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” panel sessiyasında xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

O bildirib ki, bu ilin fevralında ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası bu əməkdaşlığa daha geniş çərçivə verir: “Bu ilin iyununda ilk Azərbaycan-ABŞ iqtisadi dialoqunu keçirdik. Bu dialoq həmin çərçivənin praktiki əməkdaşlığa çevrilməsinə başlanğıc verdi. İyunun əvvəlində keçirilmiş Azərbaycan-ABŞ iqtisadi dialoqu çərçivəsində Amerika şirkətləri bir sıra mühüm razılaşmaları yekunlaşdırdılar. Strateji öhdəliklərin güclü kombinasiyasını formalaşdırarkən qarşıda duran ümumi vəzifə bu dinamikanı davamlı kommersiya tərəfdaşlıqlarına çevirməkdir.

Bununla yanaşı, dialoq çərçivəsində kritik minerallar, rəqəmsal infrastruktur və ölkənin mədəniyyəti ilə bağlı əməkdaşlıq sənədləri də hazırlandı. Bunların yalnız hesabatlarda qalmadığını göstərmək üçün bir neçə ay əvvəl imzalanmış konkret sazişlərdən nümunələr gətirim. “Exxon” şirkəti ilə Azərbaycan arasında qeyri-ənənəvi quruda yerləşən neft ehtiyatlarının inteqrasiyası, işlənməsi və hasilatı ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Həmçinin kritik mineralların tədarükünün təmin edilməsi, onların hasilatı və emalı üzrə çərçivə sazişinin hazırlanması istiqamətində iş aparılır.

ABŞ şirkəti “Holstein Resources” mövcud və yeni qaz yataqlarında, eləcə də infrastruktur layihələri, xidmətlər və digər sahələrdə mümkün əməkdaşlıq və investisiya imkanlarını araşdıracaq. “J.P. Morgan” strateji layihələrin maliyyələşdirilməsi sahəsində uzunmüddətli əməkdaşlığı genişləndirir və SOCAR-ın uzunmüddətli maliyyə resurslarına çıxışını artırır. SOCAR və “Chevron” Azərbaycanın sektoru üzrə neft və qaz potensialının qiymətləndirilməsi məqsədilə birgə texniki araşdırma aparacaqlar. “Apollo Capital Management” ilə əməkdaşlığımız enerji maliyyələşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlib. Süni intellektin inkişafı və keyfiyyət infrastrukturu ilə bağlı əməkdaşlıq da nəzərdə tutulur. “Microsoft” və “Oracle” kimi şirkətlərlə əməkdaşlıq çərçivəsində anlaşma memorandumları imzalanıb. “Lumos Technologies” ilə imzalanmış memorandum isə neft emalı və neft-kimya sektorlarında əməkdaşlıq üçün çərçivə yaradıb. Bunlar sadəcə bir neçə nümunədir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Nəcəf hava limanı İran reyslərini dayandırdı

News thumbnail
dunya

ABŞ Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əlaqələrinə diqqəti artıracaq

News thumbnail
dunya

Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu...

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Dmitro Şlapaçenko: Azərbaycan logistika habına çevrilmək üçün böyük imkanlara malikdir

Bugün, 13:48
News thumbnail
Bugün
cemiyyet

"Azərişığ"ın təşkil etdiyi yarışın 9-cu finalçısı bəlli oldu

Bugün, 13:48
News thumbnail
Bugün
siyaset

AIIF 2026-də Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub

Bugün, 13:47
News thumbnail
Bugün
iqtisadiyyat

Tamerlan Tağıyev: "Türk şirkətləri Azərbaycan vasitəsilə geniş bazarlara çıxış əldə edə bilər" - EKSKLÜZİV

Bugün, 13:45

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

“Zəngəzur dəhlizinin açılması önəmlidir”

Bugün, 13:45
News thumbnail
Bugün
dunya

Emi Karlon: ABŞ TRIPP-i geostrateji risklərin azaldılması baxımından mühüm vasitə kimi qiymətləndirir

Bugün, 13:44
News thumbnail
Bugün
siyaset

Orxan Zeynalov: "Qırmızı dənizin bağlanması Mərkəzi Dəhlizin əhəmiyyətini artırıb"

Bugün, 13:43
News thumbnail
Bugün
huquq

Valeh Ələsgərov: "Ələt Azad İqtisadi Zonasının unikal qanunvericilik bazası var"

Bugün, 13:43
News thumbnail
Bugün
cemiyyet

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Bugün, 13:43
News thumbnail
Bugün
siyaset

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub

Bugün, 13:41
News thumbnail
dunya

Dmitro Şlapaçenko: Azərbaycan logistika habına çevrilmək üçün böyük imkanlara malikdir

News thumbnail
dunya

Emi Karlon: ABŞ TRIPP-i geostrateji risklərin azaldılması baxımından mühüm vasitə kimi qiymətləndirir