
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Tramp Polşa ərazisində Amerika hərbi bazasının yaradıla biləcəyini bildirib.
"Hüquqinfo.az" xəbər verir ki, o, bunu Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz bunu nəzərdən keçiririk və bu, həyata keçirilə bilər. Siz mənim (bazanın yaradılması ilə bağlı) qərar qəbul edib-etmədiyimi bilmirsiniz. Ola bilsin ki, mən artıq qərar vermişəm", – deyə Tramp əlavə edib.
Daha əvvəl Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Polşada daimi hərbi bazanın yaradılması ABŞ-ın milli təhlükəsizlik strategiyasına daxil edilib.
Qeyd edək ki, sentyabrın 28-də Polşanın dövlət aktivləri nazirinin müavini Konrad Qolot bildirib ki, Polşanın Demblin şəhərində ABŞ-ın AH-64E Apache zərbə helikopterlərinin mühərriklərinə texniki xidmət göstərən servis mərkəzi açılacaq.










