
Hüquqinfo.az bildirir ki,
Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin reeksportu məsələsi ilə bağlı danışıqları davam etdirir.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Bu məsələ ilə bağlı danışıqlar davam edir. Danışıqlar başa çatdıqdan sonra ictimaiyyəti məlumatlandıracağıq", – deyə nazir vurğulayıb.
Türkiyə 2017-ci ildə Rusiyadan ümumi dəyəri 2,5 milyard dollar olan dörd divizion S-400 hava hücumundan müdafiə sistemi alıb. 2019-cu ilin oktyabrında Rusiyanın "Rostex" dövlət korporasiyasının tərkibinə daxil olan "Rosoboroneksport" şirkəti sistemlərin tədarükü üzrə müqavilənin icra edildiyini açıqlayıb.
Türkiyə və Rusiya arasında S-400 sistemlərinin alışı ilə bağlı müqavilənin imzalanmasından sonra Ankara ABŞ-ın F-35 qırıcılarının istehsalı proqramından çıxarılıb.










