
Hüquqinfo.az bildirir ki,
Salyanda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
"Hüquqinfo.az"un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakının Binəqədi rayon sakini, 1985-ci il təvəllüdlü Tağıyev Sərxan Hicran oğlu idarə etdiyi "Volvo" markalı "TIR" yük maşını ilə hərəkətdə olarkən Neftçala rayonunun Ərəbqardaşbəyli kənd sakini, 1963-cü il təvəllüdlü Kərimov Əlvan Mikayıl oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "VAZ-2107"nin sərnişinləri, Neftçala rayon sakinləri, 1984-cü il təvəllüdlü Eyniyeva Şəhla Ağacan qızı, 2013-cü il təvəllüdlü E.F, 2015-ci il təvəllüdlü E.R müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.





