Hüquqinfo.az
Hüquqinfo.az — hüquq və xəbər portalı
Dünya

Türkiyə XİN rəhbəri: AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyirik | Hüquqinfo.az

15 okt, 14:30
Xəbər şəkli

Hüquqinfo.az bildirir ki,

Hüquqinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, ümumi problemlərin həlli üçün kollektiv yolların tapılması heç vaxt olmadığı qədər aktualdır: “Bu zəruri çoxtərəfli fəaliyyətin qarşısındakı ən böyük maneə isə beynəlxalq aktorlar arasında etimadın çatışmazlığıdır. Bu problemin həlli üçün prioritetimiz regional məsuliyyət prinsipinə əsaslanan əməkdaşlığı təkmilləşdirməklə dialoq mədəniyyətini formalaşdırmaq və qarşılıqlı etimadı gücləndirməkdir. AQEM dialoqu səmərəli əməkdaşlığa çevirməkdə mühüm rol oynaya bilər. Buna görə də AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyirik. Sülhə və qarşılıqlı etimada sadiqliyimiz bütün üzv dövlətlərə şamil edilməlidir".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.