Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
"Xatəm əl-Ənbiya": ABŞ region ölkələrinin dəstəyi ilə İ...--:--
News
Yol polisi sürücülərə xəbərdarlıq etdi--:--
News
Baş nazir AB-ni impotent adlandırdı--:--
News
Xocavəndin Şəhər Günü münasibətilə genişmiqyaslı ictima...--:--
News
Qeyri-sabit hava ilə bağlı daha bir--:--
News
"Xatəm əl-Ənbiya": ABŞ region ölkələrinin dəstəyi ilə İ...--:--
News
Yol polisi sürücülərə xəbərdarlıq etdi--:--
News
Baş nazir AB-ni impotent adlandırdı--:--
News
Xocavəndin Şəhər Günü münasibətilə genişmiqyaslı ictima...--:--
News
Qeyri-sabit hava ilə bağlı daha bir--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bugün, 14:06
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Üç il öncə bu gün (19-20 sentyabr) reallaşan, təkcə Azərbaycanın yox, bütövlükdə regionun taleyini dəyişən antiterror əməliyyatını üç aspektdən qiymətləndirmək olar.

Azərbaycan ordusu cəmi 24 saata (23 saat 43 dəqiqə) erməni silahlı dəstələrini təslim olmağa məcbur etdi. Bu əməliyyat hərb tarixinə təkcə qısa müddət ərzində çətin relyefdə döyüş tapşırığının tam yerinə yetirilməsi (90-dan artıq döyüş mövqeyi nəzarətə götürüldü, yüzlərlə hərbi texnika sıradan çıxarıldı) ilə yox, həm də mülki əhali və infrastruktura heç bir zərər vurulmaması ilə də düşüb.

Ermənistan I Qarabağ müharibəsində qalib gələndə hesab edirdi ki, Azərbaycan ərazisində ikinci “erməni dövləti”nin yaradılmasına da nail oldular. 44 günlük müharibədə məğlub olandan sonra belə separatçıların qaldığı ərazilərdə - Xankəndi, Xocalı və Xocavənddə qondarma “erməni dövləti”nin yaşayacağına ümid edirdilər. 20 sentyabrda buna son qoyuldu.

Qarabağdakı erməni separatizmi həm Rusiya, həm Qərb ölkələri tərəfindən XX və XXI əsrdə regionda güc balansının formalaşması, təsir imkanlarının saxlanılması məqsədilə istifadə olunub. Hətta regionun digər ölkələri də (İran) erməni kartından geniş istifadə ediblər. Erməni separatizminin ləğvi Cənubi Qafqazın münaqişələrə əsaslanan bir əsrlik siyasi mənzərəsini dəyişdirdi.

Bu nəticənin əldə edilməsinə - 44 günlük müharibədən (2020) 20 sentyabra (2023) qədərki dövrdə baş verənlər, xüsusilə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət həlledici rol oynadı.

Ermənistan kapitulyasiya aktına imza atsa da, Qarabağdakı qondarma rejimin “sağ qalacağına” ümid edir, Qərb – ABŞ və Avropa ölkələri, Rusiya və İran da Azərbaycana qarşı separatçıların cəbhəsində yer alırdı. Rusiya sülhməramlılarının Qarabağa yerləşməsi isə separatçılar üçün “qalxan” yaratmışdı. Və məsələnin həlli – suverenliyimizin bərpa edilməsi mümkünsüz görünürdü. Məhz burada Əliyevin diplomatiyası, Qərb və Rusiya masasında aparılan danışıqlardakı manevrləri situasiyanı xeyrimizə dəyişdirə bildi.

- Rusiya kommunikasiyanın açılmasında – Zəngəzur dəhlizinin reallaşmasında Bakının mövqeyinə yaxın siyasət yürüdürdü, təbii ki bu, Moskvanın dəhlizə nəzarət maraqlarından qaynaqlanan məsələ idi, lakin Qarabağdakı separatizmi dəstəkləyir, Xankəndidə davam edən “dövlətçilik” oyunlarını körükləyirdi.

- Qərbdə isə separatçılara müyyən dəstək versələr də, Qarabağ məsələsində Bakının mövqeyinə yaxın gündəlikdən çıxış edir, Zəngəzur dəhlizi məsələsində isə əks-cəbhədə yer alırdılar.

Əliyev post-müharibə dövründə regionla bağlı fərqli gündəliyə malik olan Qərb və Rusiyanın qarşıdurmadan doğru şəkildə istifadə etdi. Əvvəlcə hər iki masada iştirakla Ermənistanın üstünlük qazanmasına imkan vermədi, ardınca Ermənistanın Qərb masasında Azərbaycanın ərazi bütövlüyünü tanımasına, Qarabağdan imtina etməsinə nail oldu. Və bununla Rusiyanı fakt qarşısında qoydu. Moskva anladı ki, Qarabağda qalmaq Cənubi Qafqazda nəzarət imkanlarını saxlamaqdan çıxaraq, Bakı ilə problemli məsələyə çevrilir. Sülhməramlıların çıxması zərurəti də buradan yarandı.

Diplomatik masada mübarizənin getdiyi vaxt hərbi müstəvidə də addımlar atılır, separatçılar ətrafında çəmbər daralırdı. Laçın həmləsi – Xankəndi yolunda etirazların başlanması, 23 aprel 2023-cü ildə sərhəd-keçid məntəqəsinin qurulması Qarabağda separatizm üzərindən suverenliyimizə qarşı oynanılan oyunlara ağır zərbə oldu. Və bununla “Laçın dəhlizi” məsələsi praktiki olaraq sıradan çıxarıldı, erməni separatizminin tamamilə ləğv edilməsi, suverenliyimizin bərpası istiqamətində həlledici addım atıldı.

“Laçın dəhlizi” Qarabağda qalan separatçılar üçün təkcə Ermənistana çıxış yolu yox, “müstəqillik”, “öz müqəddəratını təyinetmə”, “dövlət olmaq” kimi iddialarının nəfəsliyi, yeganə imkanı idi. Əliyev suverenliyimizin bərpasına doğru bu tarixi həmləni əslində Ermənistanın kapitulyasiya aktına imza atdığı 10 noyabr 2020-ci ildə etmişdi. 10 noyabr bəyanatının imzalanmasında Ermənistan “Laçın dəhlizi”nin 20 kilometr enində olmasını və özlərinin nəzarət etməsini istəyirdi. Bununla separatçıları qorumaq və “Qarabağ iddiası”nı saxlamağı planlaşdırırdı. Lakin Əliyevin tələbi ilə dəhlizin 5 kilometr enində olması qəbul edildi, bununla yanaşı, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçının mərkəzinin Azərbaycana qaytarılması müddəaları bəyanata daxil edildi. Bəyanata daxil edilən yeni yol strategiyası ilk dövrdə sadəcə Laçının mərkəzinin qaytarılmasına hesablanmış kimi görünsə də, proseslər göstərdi ki, Əliyev daha dərin gediş edib.

- Yeni yolun istifadəyə verilməsi “dəhlizin 5 kilometrlik eni” məsələsini də praktiki olaraq arxa plana keçirdi;

Azərbaycan yeni yolu nəzərdə tutulan 3 ilə yox, bir il yarıma inşa etdi və sülhməramlıların yeni marşruta köçməsi tələbini irəli sürdü. 2022-ci ildə Laçın şəhərində üçrəngli bayrağımız ucaldı, 2023-cü ildə “Laçın dəhlizi”ni tamamilə ləğv edən sərhəd-keçid məntəqəsi quruldu. Bundan cəmi 5 ay sonra – 20 sentyabr 2023-cü ildə antiterror əməliyyatı ilə Qarabağda yüz ildir davam edən separatizm məhv edildi.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Baş nazir AB-ni impotent adlandırdı

News thumbnail
siyaset

55 gün erməni əsirliyində olan Xocavənd sakini: Dövlət Himninin səsinə oyandım

News thumbnail
siyaset

Türkiyə Səfirliyi: Azərbaycanın suverenliyi uğrunda canlarından keçən bütün qardaşlarımızı yad edirik

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Moskvada “Sadovod” bazarı dron hücumuna məruz qalıb

Bugün, 14:55
News thumbnail
Bugün
cemiyyet

Bütün yollar Romaya aparmırmış – 3 min illik səhv

Bugün, 14:51
News thumbnail
Bugün
cemiyyet

Ağdamda quyudan kişi meyiti tapılıb

Bugün, 14:50
News thumbnail
Bugün
siyaset

55 gün erməni əsirliyində olan Xocavənd sakini: Dövlət Himninin səsinə oyandım

Bugün, 14:45

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski

Bugün, 14:42
News thumbnail
Bugün
cemiyyet

Bərdə sakininin Ağdamda kəhriz quyusundan meyiti tapılıb

Bugün, 14:39
News thumbnail
Bugün
cemiyyet

Bir neçə gün əvvəl itkin düşmüşdü

Bugün, 14:37
News thumbnail
Bugün
son xeberler

8 saatdan çox yatmaq adamı qocaldır

Bugün, 14:33
News thumbnail
Bugün
dunya

Pakistanın təhlükəsizlik qüvvələri "Fitnə əl-Hindustan"ın beş üzvünü öldürüb

Bugün, 14:32
News thumbnail
Bugün
idman

Cud Bellinqem "Real"la müqaviləsinin müddətini uzatmağa yaxındır

Bugün, 14:24
News thumbnail
siyaset

Məsim Məmmədov Çində səfərdədir

News thumbnail
siyaset

Səudiyyə Çinin bu ödəniş platformasından çıxdı