
Hüquqinfo.az bildirir ki,
İranla müharibənin nəticələri ABŞ-də benzin və dizel yanacağının qiymətinin növbəti dəfə kəskin artmasına səbəb ola bilər.
Bu barədə “The Washington Post” (WP) qəzetinin sorğuladığı ekspertlər bildiriblər.
Ekspertlərin fikrincə, qiymətlərin artmasına İranla müharibənin yeni və iqtisadi baxımdan daha dağıdıcı mərhələsi, həmçinin Səudiyyə Ərəbistanındakı “Şərq-Qərb” neft kəmərinin fəaliyyətinin dayanması təsir göstərə bilər.
Sözügedən kəmər Hörmüz boğazından yan keçməklə neft nəql etmək üçün istifadə olunur. Ekspertlər PUA hücumu nəticəsində zədələnən kəmərin yaxın müddətdə fəaliyyətini bərpa etməsinin çətin olacağını düşünürlər.
“Yaxın 48 saat ərzində benzin və dizel yanacağının qiymətlərinin kəskin yüksələcəyi gözlənilir”, – nəşrin həmsöhbətləri bildiriblər.








