
Hüquqinfo.az bildirir ki,
Belçika ilə ilin sonunadək Ukraynaya üç F-16 qırıcı təyyarəsinin verilməsi barədə razılıq əldə edilib.
Hüquqinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" səhifəsində paylaşım edib.
“Belçika ilə ilin sonunadək bizə üç F-16 qırıcısının verilməsi barədə mühüm razılaşma var. Bu təyyarələri sürətləndirilmiş prosedurla alacağıq”, – o qeyd edib.
Zelenski bildirib ki, Ukrayna artıq Belçika və digər ölkələrdən, o cümlədən İspaniyadan F-16 qırıcıları üçün təcili sursat alıb.
Qeyd edək ki, Ukrayna Prezidentinin sentyabrın 1-də açıqladığı məlumata görə, Belçika bu il Ukraynaya ümumilikdə 3-ü döyüş istifadəsi, 4-ü isə ehtiyat hissələri üçün olmaqla, yeddi F-16 təyyarəsi verməyi planlaşdırır.










