










Hüquqinfo.az bildirir ki,
Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) ölkələrinin insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə direktivlərin icrasını araşdırmağa başlayıb.
İnsan alverinə qarşı mübarizə haqqında Aİ-nin yenidən baxılmış direktivinin milli qanunvericiliyə natamam tətbiq edilməsi səbəbindən 20 ölkəyə qarşı prosedurlar başlanılıb. Onların sırasında Yunanıstan, Belçika, Almaniya, Fransa, İspaniya, İtaliya, Niderland, Polşa və Rumıniya var.
Yenilənmiş direktiv rəqəmsal mühit də daxil olmaqla, istismarın yeni formalarına görə cinayət məsuliyyətini gücləndirir, habelə bu cür cinayətlərin araşdırılması və qurbanların müdafiəsi üçün əlavə tədbirlər nəzərdə tutur.
Ayrıca olaraq, AK çirkli pulların yuyulmasına qarşı mübarizədəki nöqsanlar və Avropa İttifaqı qanunvericiliyinin natamam icra olunması barədə 18 ölkəyə bildiriş göndərib. Onların arasında Belçika, Yunanıstan, Almaniya, Fransa, İspaniya, Niderland, Polşa, Rumıniya və Finlandiya var.










