
Hüquqinfo.az bildirir ki,
Amsterdamın (Niderland) şimalında ictimai iaşə obyektinin terrasında baş verən atışma nəticəsində bir nəfər ölüb.
"Hüquqinfo.az" "NU.nl" portalına istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Polis əməkdaşları şübhəli şəxsi saxlayıblar. Onun kimliyi və cinayətin motivləri hələlik açıqlanmır.
Niderlandın Cəzaların İcrası Xidməti həlak olan şəxsin Zaanstad həbsxana kompleksinin əməkdaşı olduğunu bildirib.










