
Hüquqinfo.az bildirir ki,
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Szinpinlə İran məsələsini müzakirə edib-etməməsi haqda suala cavabında deyib.
ABŞ-ın Çindəki səfiri Devid Perdu isə CNBC-yə verdiyi müsahibədə bildirib ki, Tramp son həftələrdə, o cümlədən Si Szinpinlə son görüşü zamanı ABŞ-ın İranla bağlı maraqlarını Çinə çox aydın şəkildə çatdırıb.
“Bir neçə həftə əvvəl onlara çox aydın şəkildə bildirdik ki, İrana göstərə biləcəkləri hər hansı bir yardım - istər birbaşa, istərsə də dolayı, istər kəşfiyyat, istərsə də hərbi avadanlıq - tamamilə qəbuledilməzdir. Dünən Tramp bunu bir daha çox aydın şəkildə bildirdi. Biz onlara bunu daim xatırladırıq", - Perdu qeyd edib.










