Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb--:--
News
Nyu-York birjasında təbii qaz ucuzlaşıb--:--
News
Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazas...--:--
News
Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı--:--
News
Bakıda tədbirdə monitor qadının üstünə aşıb--:--
News
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb--:--
News
Nyu-York birjasında təbii qaz ucuzlaşıb--:--
News
Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazas...--:--
News
Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı--:--
News
Bakıda tədbirdə monitor qadının üstünə aşıb--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bugün, 09:00
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Bu gün Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır.

"Hüquqinfo.az"un məlumatına görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir.

Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb.

DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları - Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu, Abbasov Əli Əmirhüseyn oğlu Kərimli Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı görülən kompleks tədbirlər nəticəsində saxlanılıblar.

Həmçinin həmin cinayət işi üzrə 2025-ci ilin noyabr ayında Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov da saxlanılıb.

İttihama görə, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə xarici ölkədə yaradılan "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adı altında qeydiyyatdan keçirilən və "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın rəhbərləri Abbas Abbasov Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

İttihamda qeyd olunub ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Əmirov və digərləri vasitəsilə razılaşdırmaq məqsədilə Əli Kərimliyə təqdim edib. Daha sonra 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini "Şərq-Qərb" ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.

Ramiz Mehdiyev sözügedən şəxslərlə əlbir olub dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməklə, xarici dövlətin nümayəndələrinə Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etməkdə təqsirli bilinib.

Həmçinin ittihamda vurğulanıb ki, Ramiz Mehdiyev 2025-ci ilin 13 oktyabr tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pulu leqallaşdırıb.

Sözügedən əməllərlə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham verilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub - VİDEO

News thumbnail
huquq

Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı

News thumbnail
huquq

"PAŞA Holdinq": Güclü liderlər yetişdirmək istəyirik

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Pakistan qırıcıları Əfqanıstana zərbə endirdi

Bugün, 09:50
News thumbnail
Bugün
iqtisadiyyat

Rubio: ABŞ TRIPP layihəsinin Cənubi Qafqaz üçün yeni imkanlar açacağına ümid edir

Bugün, 09:46
News thumbnail
Bugün
idman

Lionel Messi karyerasında 930-cu qolunu vurub

Bugün, 09:46
News thumbnail
Bugün
dunya

İrandan ABŞ-yə xəbərdarlıq

Bugün, 09:45

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Gənc Tamaşaçılar Teatrında mövsümün açılışı anşlaqla keçdi

Bugün, 09:41
News thumbnail
Bugün
huquq

Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Bugün, 09:40
News thumbnail
Bugün
siyaset

Gənc Tamaşaçılar Teatrı 99-cu teatr mövsümünü “Hacı Qara” ilə açdı

Bugün, 09:40
News thumbnail
Bugün
dunya

Türkiyədə güclü zəlzələ oldu

Bugün, 09:34
News thumbnail
Bugün
cemiyyet

Bakıya gələn avtobusun təkəri yandı

Bugün, 09:31
News thumbnail
Bugün
cemiyyet

FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb

Bugün, 09:25
News thumbnail
huquq

Yasamalda dələduzluq edən 70 yaşlı qadın saxlanılıb

News thumbnail
huquq

Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb