
Hüquqinfo.az bildirir ki,
Üçyaşlı uşağın atalığı tərəfindən döyülməsi faktı ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
"Hüquqinfo.az"un Cənub bürosunun məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Bildirilib ki, hazırda faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.
Qeyd edək ki, 2023-cü il təvəllüdlü Ə.E müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağa ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır qiymətləndirilir. Uşağın səhhəti və təhlükəsizliyi nəzarətə götürülüb.








