Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
32° isti, leysan...--:--
News
Bakıda Pakistanın Mərkəzi Asiya və Körfəz ölkələrini bi...--:--
News
Yunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə...--:--
News
Ümumrespublika yarışının Şirvan RETSİ üzrə regional tur...--:--
News
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı--:--
News
32° isti, leysan...--:--
News
Bakıda Pakistanın Mərkəzi Asiya və Körfəz ölkələrini bi...--:--
News
Yunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə...--:--
News
Ümumrespublika yarışının Şirvan RETSİ üzrə regional tur...--:--
News
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Özbəkistan Avropaya “yaşıl enerji”nin çatdırılması ilə bağlı Azərbaycanla birgə layihəni müzakirə edir

Bugün, 11:55
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Hüquqinfo.az xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) çərçivəsində təşkil olunan “Etibarlılığın bərpası parçalanmış dünyada: Azərbaycan regionlar arasında strateji qapı kimi” adlı panel müzakirəsində deyib.

Nazir bildirib ki, müharibə və onun yaratdığı çətinliklər Özbəkistanın Avropaya yük daşımalarının müddətinin əhəmiyyətli dərəcədə uzanmasına səbəb olub.

“Bu gün münaqişələr səbəbindən bu müddət iki dəfə artıb. Özbəkistandan Avropaya mallarımızı çatdırmaq üçün ən azı 20 gün vaxt tələb olunur. Bu, həll etməli olduğumuz çox böyük məsələdir”, – deyə Laziz Kudratov bildirib.

Onun sözlərinə görə, bu səbəbdən Özbəkistan tərəfdaşları ilə ilk növbədə nəqliyyat və logistika məsələləri üzərində işləyir və yükdaşımaların həyata keçirildiyi marşrutları şaxələndirir.

“Biz nəqliyyat dəhlizlərimizi şaxələndiririk. Bizim üçün ən cəlbedici istiqamətlərdən biri Orta Dəhlizdir”, – nazir vurğulayıb.

Laziz Kudratov qeyd edib ki, son iki-üç il ərzində Orta Dəhliz üzrə yükdaşımaların həcmi iki dəfə artıb və bu istiqamətdə artım davam edir.

“Bu il də təxminən 30 faizlik müsbət artım görürük. Hazırda yükdaşımaların həyata keçirilməsi üçün yeni imkanların və potensialın yaradılması üzərində işləyirik”, – deyə o bildirib.

Nazir Azərbaycanın Orta Dəhlizin inkişafında rolunu da xüsusi qeyd edib. Onun sözlərinə görə, Özbəkistan bu istiqamətdə Azərbaycanla əməkdaşlığı genişləndirmək, yeni investisiyalar yatırmaq və əlavə imkanlar yaratmaq niyyətindədir.

Laziz Kudratov həmçinin region daxilində ticarət və iqtisadi əlaqələrin genişləndirilməsinin Özbəkistan üçün əsas prioritetlərdən biri olduğunu deyib.

“Biz region daxilində daha geniş və daha güclü ticarət-iqtisadi əlaqələrin inkişafına prioritet diqqət yetiririk. Artıq Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ticarətin həcmi 13 milyard dollara çatıb. Qarşıya 2030-cu ilədək region daxilində qarşılıqlı ticarətin həcmini 20 milyard dollara çatdırmaq məqsədi qoyulub”, – nazir bildirib.

O vurğulayıb ki, söhbət yalnız ticarətdən getmir, sənaye tərəfdaşlığı və birgə investisiyalar da əməkdaşlığın mühüm istiqamətləridir.

“Biz yalnız ticarətdən danışmırıq. Söhbət sənaye tərəfdaşlığından və birgə investisiyalardan gedir. Məsələn, Özbəkistanın Azərbaycanda tekstil, avtomobil sənayesi və bir sıra digər sahələrə investisiyaları var. Azərbaycan da Özbəkistana mədənçilik, daşınmaz əmlak, enerji və digər sahələrə investisiya yatırır”, – Kudratov deyib.

Nazirin sözlərinə görə, bu əməkdaşlıq iki ölkə arasında vahid bazarın, iqtisadi və biznes məkanının formalaşdırılmasına xidmət edir.

“Bu, bizim birlikdə vahid bazar, vahid iqtisadi və biznes məkanı yaratmaq istiqamətində çalışdığımızı göstərir. İnteqrasiya olunmuş, siyasətləri uyğunlaşdırılmış region nə qədər böyük olarsa, investisiyalar və biznes baxımından bizim üçün bir o qədər yaxşıdır”, – deyə o bildirib.

Kudratov Mərkəzi Asiyanın daha güclü və inteqrasiya olunmuş regiona çevrilməsi istiqamətində Azərbaycanla əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

O, həmçinin enerji təhlükəsizliyinin Özbəkistan üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

“Bugünkü yüksək enerji qiymətləri şəraitində enerji təhlükəsizliyi Özbəkistan üçün mühüm əhəmiyyət kəsb edir. Biz elektrik enerjisi mənbələrinin şaxələndirilməsinə investisiya yatırırıq”, – nazir qeyd edib.

Onun sözlərinə görə, hazırda Özbəkistan elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını təxminən 30 faizə çatdırıb.

“2030-cu ilədək enerji istehsalımızda günəş, külək, hidroenerji və qazın payının 54 faizə çatmasını təmin edəcəyik”, – deyə Kudratov bildirib.

Nazir Özbəkistan və bütövlükdə Mərkəzi Asiyanın günəş və külək enerjisi istehsalı üçün böyük potensiala malik olduğunu qeyd edib. O, Azərbaycanla regionun “yaşıl enerji”sinin Avropaya çatdırılması istiqamətində birgə layihələrin hazırda müzakirə və inkişaf etdirildiyini də açıqlayıb.

“Hazırda regionumuzdan Avropaya “yaşıl” və ucuz elektrik enerjisinin çatdırılması ilə bağlı Azərbaycanla birgə layihəni müzakirə edir və inkişaf etdiririk. Bu istiqamətdə işlər sürətlə irəliləyir”, – Özbəkistanın naziri bildirib.

Kudratov əlavə edib ki, yaxın illərdə Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək yeni və daha geniş layihələrin həyata keçirilməsi mümkün olacaq.

“İnanırıq ki, qarşıdakı illərdə Mərkəzi Asiyanı və Avropanı birləşdirəcək yeni, əsaslı layihələr həyata keçirə biləcəyik. Biz davamlı və uzunmüddətli artıma nail olmaq, Mərkəzi Asiyanı investisiyalar üçün vahid məkana çevirmək məqsədilə Azərbaycan və digər Mərkəzi Asiya ölkələri ilə birgə fəaliyyət istiqamətlərində eyni mövqedəyik”, – deyə Laziz Kudratov vurğulayıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Bakıda Pakistanın Mərkəzi Asiya və Körfəz ölkələrini birləşdirən dəhliz layihəsi təqdim olunub

News thumbnail
siyaset

Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

News thumbnail
siyaset

Azərbaycan Prezidenti: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Ələtdə silisium karbid, silisium oksid və silisium istehsal olunacaq

Bugün, 12:40
News thumbnail
Bugün
siyaset

Putin Britaniyadakı səfiri vəzifəsindən geri çağırıb

Bugün, 12:38
News thumbnail
Bugün
iqtisadiyyat

Qazaxıstanda hərbçilərin ölümünə görə 5 vəzifəli saxlanıldı

Bugün, 12:38
News thumbnail
Bugün
iqtisadiyyat

Qazaxıstan MN-in 5 vəzifəli şəxsi Xəzərdə hərbçilərin ölümünə görə saxlanılıb

Bugün, 12:33

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

“Məkkə sazişi” ölkələrinin xarici işlər nazirləri görüşdü

Bugün, 12:33
News thumbnail
Bugün
iqtisadiyyat

Özbəkistan Zəngəzur dəhlizinin inkişafına pul qoymaq istəyir

Bugün, 12:31
News thumbnail
Bugün
iqtisadiyyat

Mikayıl Cabbarov: "Azərbaycan daxili bazarla məhdudlaşa bilməz"

Bugün, 12:31
News thumbnail
Bugün
siyaset

Si Cinpinlə görüşdə Baydeni lağlağıya qoydu

Bugün, 12:30
News thumbnail
Bugün
siyaset

Tacikistanlı nazir: "Ticarət prosedurlarının sadələşdirilməsində maraqlıyıq"

Bugün, 12:30
News thumbnail
Bugün
siyaset

Prezident: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır

Bugün, 12:28
News thumbnail
siyaset

Putin Britaniyadakı səfiri vəzifəsindən geri çağırıb

News thumbnail
siyaset

“Məkkə sazişi” ölkələrinin xarici işlər nazirləri görüşdü