
Hüquqinfo.az bildirir ki,
Bakıda keçirilən "Formula 1" yarışı fərqli tərəfdən tanımaq və təcrübə qazanmaq üçün əla fürsətdir.
"Hüquqinfo.az"un məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətində könüllü olaraq fəaliyyət göstərən Amulya Pallavi Kolla deyib.
"Bakı Şəhər Halqası Əməliyyat Şirkətində beynəlxalq könüllü kimi ilk dəfədir ki, fəaliyyət göstərirəm. Düzünü desəm, bu işə "Formula 1"in böyük azarkeşi olduğum üçün müraciət etdim. Yarışların pərdəarxasında nələrin baş verdiyini öz gözlərimlə görmək istəyirdim. Bundan əvvəl Hindistanda könüllü kimi müəyyən təcrübəm də olub. Bakıda keçirilən "Formula 1" mənə bu yarışı fərqli tərəfdən tanımaq və təcrübə qazanmaq üçün əla fürsət oldu".








