
Hüquqinfo.az bildirir ki,
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsinin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti Araz Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hüquqinfo.az xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Araz Kərimli 6 min manat cərimə cəzasına məhkum edilib. Onun həbsdə qaldığı müddət nəzərə alınıb və cəzası 3 min manat cərimə ilə əvəz olunub. Araz Kərimli həbsdən azad edilib.
Qeyd edək ki, təqsirləndirilən Araz Kərimli ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddəsi ilə ittiham irəli sürülüb.










