
Hüquqinfo.az bildirir ki,
Ağdərənin Vəngli kəndində yerləşən Gəncəsər monastırı orta əsr Alban memarlığının ən diqqətçəkən nümunələrindən biridir. Monastır yüksək dağlıq ərazidə yerləşir və əsrlər boyunca bölgənin dini, mədəni həyatında mühüm rol oynayıb.
Daş kitabələri, möhtəşəm memarlığı və tarixi görünüşü ilə Gəncəsər bu gün də Qarabağın qədim tarixini özündə yaşadan mühüm abidədir.
"Hüquqinfo.az"un əməkdaşları Gəncəsər monastırında olub, abidənin möhtəşəmliyini lentə alıb.









