
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Trampın təsis etdiyi Sülh Şurası Qəzza zolağının bərpası ilə bağlı altı aylıq 2,45 milyard dollar dəyərində planı bu gün keçiriləcək iclasda təqdim edəcək.
“Axios”-un xəbərinə görə, planda qeyd olunan vəsaitin müvəqqəti yaşayış məntəqələrinin yaradılması, dağıntıların təmizlənməsi, xəstəxanaların bərpası, iqtisadiyyatın dirçəldilməsi və çoxmillətli təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.










