Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Mansur Yavaş CHP-dən istefa verdi--:--
News
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ...--:--
News
Corc Rassell: "Azərbaycan Qran-prisində əsas məsələ rəq...--:--
News
Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ--:--
News
Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ--:--
News
Mansur Yavaş CHP-dən istefa verdi--:--
News
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ...--:--
News
Corc Rassell: "Azərbaycan Qran-prisində əsas məsələ rəq...--:--
News
Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ--:--
News
Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

IEC energetika sahəsində Azərbaycana dəstək göstərməyə hazırdır

Bugün, 13:39
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) baş katibi və baş icraçı direktoru Filip Metzqer ilə görüşüb.

Energetika Nazirliyindən "Hüquqinfo.az-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycanın IEC-yə assosiativ üzvlüyü çərçivəsində əməkdaşlığın genişləndirilməsi, enerji keçidi, elektrikləşmə, bərpa olunan enerji, enerji səmərəliliyi və yeni texnologiyalar üzrə beynəlxalq standartların tətbiqi məsələləri müzakirə olunub.

IEC-nin Baş katibi Azərbaycanın qlobal enerji və iqlim gündəliyində artan rolunu, xüsusilə COP29-a sədrliyi dövründə iqlim dəyişikliyi ilə mübarizə sahəsində irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirib. Azərbaycanın cari ildən təşkilatın assosiativ üzvü olmasının əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib. Qeyd olunub ki, IEC elektrotexnika, elektronika, təmiz enerji və enerji səmərəliliyi sahələrində standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi üzrə Azərbaycana dəstək göstərməyə hazırdır.

Energetika naziri Azərbaycanda enerji keçidi istiqamətində həyata keçirilən islahatlar, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi barədə məlumat verib. Enerji sektorunda normativ-hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlərdən, eləcə də COP29 çərçivəsində irəli sürülmüş enerji təşəbbüslərinin davam etdirilməsindən bəhs olunub. Enerji sektorunda həyata keçirilən layihələrdə müasir texnologiyaların tətbiqi baxımından IEC-nin texniki təcrübəsindən və standartlaşdırma mexanizmlərindən istifadənin əhəmiyyəti qeyd edilib.

Görüşdə elektrikləşmənin qlobal enerji sisteminin və iqtisadiyyatın gələcək inkişafında əsas tendensiyalardan birinə çevrildiyi qeyd olunub. Bu baxımdan, yalnız yeni enerji istehsal güclərinin yaradılmasının deyil, elektrik enerjisinin ötürülməsi, mübadiləsi və istehlakçılara çatdırılmasını təmin edən müasir infrastrukturun inkişafının da vacibliyi diqqətə çatdırılıb. Bu kontekstdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə fikir mübadiləsi aparılıb.

IEC ilə Milli Elektrotexniki Komitə və müvafiq texniki işçi qrupları çərçivəsində əməkdaşlığın genişləndirilməsi və yerli mütəxəssislərinin standartların hazırlanması prosesində daha fəal iştirakının vacibliyi qeyd olunub.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Si Cinpin ABŞ-yə dövlət səfərinə yola düşüb

News thumbnail
siyaset

Sülh Şurası Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq altı aylıq plan təqdim edəcək

News thumbnail
siyaset

MKA: ".az" domenlərinə qarşı "defacement" hücumları qeydə alınıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Dosent: Naxçıvanın geoloji quruluşu müxtəlif növ faydalı qazıntıların formalaşması üçün əlverişlidir

Bugün, 14:22
News thumbnail
Bugün
iqtisadiyyat

Dağ-mədən sənayesi Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verəcək istiqamətlərdəndir - RƏY

Bugün, 14:21
News thumbnail
Bugün
idman

"Kadillak" pilotu Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"

Bugün, 14:20
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri artıb

Bugün, 14:20

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

MKA: ".az" domenlərinə qarşı "defacement" hücumları qeydə alınıb

Bugün, 14:16
News thumbnail
Bugün
iqtisadiyyat

Kiyevdə dron dəmiryolu vağzalının yaxınlığında biznes mərkəzinə düşüb: 2 nəfər ölüb, yaralı sayı 22-yə çatıb - FOTO - YENİLƏNİB-1

Bugün, 14:16
News thumbnail
Bugün
son xeberler

Nərimanovda yeni mənzillər satışa çıxdı: Hansı seçimlər var?

Bugün, 14:16
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanın neft kəmərlərindən əldə etdiyi gəlirlərin həcmi açıqlanıb

Bugün, 14:16
News thumbnail
Bugün
huquq

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Bugün, 14:15
News thumbnail
Bugün
cemiyyet

Rəşad Səfərov xəstəxanaya yerləşdirildi

Bugün, 14:15
News thumbnail
siyaset

Sülh Şurası Qəzza üçün 2,45 milyard dollarlıq bərpa planı təqdim edəcək

News thumbnail
siyaset

Dünya Bankı və işgüzar dairələr Orta Dəhlizin perspektivlərini müzakirə edib