
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Tramp Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigeslə ölkənin borcunun restrukturizasiyası məsələsini müzakirə edib.
Hüquqinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, görüş BMT Baş Assambleyası çərçivəsində Trampın təşkil etdiyi qəbul zamanı baş tutub və qısa olsa da, mühüm əhəmiyyət daşıyıb.
Rubio bildirib ki, Venesuelanın iqtisadi uğur əldə etməsi üçün bir sıra problemlər həll olunmalıdır və borcun restrukturizasiyası bu prosesin əsas elementlərindən biridir. O, ABŞ-nin bu məsələdə kömək etməyə hazır olduğunu qeyd edib.
Venesuela hökuməti və dövlət neft-qaz şirkəti PDVSA-nın defolt elan edilmiş təxminən 60 milyard dollarlıq istiqraz borcu var. Analitiklərin hesablamalarına görə, faizlər və digər öhdəliklər nəzərə alındıqda ümumi borc 150 milyard dolları ötə bilər.










