
Hüquqinfo.az bildirir ki,
“Hüquqinfo.az” xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının üzvü Toral Bayramov deyib.
“Hər zaman olduğu kimi, qolu ailəmə, qızlarıma həsr edirəm. İnşallah, növbəti oyunlarda da fərqlənərəm”, - deyə o vurğulayıb.
Futbolçu türk azarkeşlər tərəfindən yazılan mənfi şərhlərə də münasibət bildirib:
“Hamısından Allah razı olsun, yaxşı yazanlardan da, pis yazanlardan da. Bizim işimiz meydançadadır. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Bu futboldur, belə şeylər olur. Azarkeşlər mənfi rəy də yaza bilirlər. Bunu normal qarşılayıram, psixologiyama təsir etmir. Əksinə, mənə motivasiya verir”.










