
Hüquqinfo.az bildirir ki,
"Zirə" və "Birbaşa Bakı" klubları minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində bu gün ilk, "Aznur" isə ikinci matçını keçirib.
"Hüquqinfo.az"un məlumatına görə, E qrupunda yer alan "Birbaşa Bakı" "Ardeleni" (İngiltərə) komandasını 3:2 hesabı ilə məğlub edib.
"Zirə" G qrupundakı ilk görüşündə Bosniya və Herseqovina təmsilçisi "Krayina" ilə heç-heçə edib - 1:1.
F qrupunda mübarizə aparan "Aznur" isə bu gün keçirdiyi ilk görüşdə Polşa təmsilçisi "Sokil"ə 0:2, ikinci qarşılaşmasında isə İngiltərənin "Bukovina Badeuti" kollektivinə 2:3 hesabı ilə yenilib.










