
Hüquqinfo.az bildirir ki,
İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər.
"Hüquqinfo.az" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır.
Xatırladaq ki, D. Alaba 2021-ci ildən "Real"ın formasını geyinib. O, yayda müqaviləsinin müddəti başa çatandan sonra Madrid komandasından ayrılıb. "İnter Mayami"də argentinalı ulduz futbolçu Lionel Messi də çıxış edir.










