
Hüquqinfo.az bildirir ki,
Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün “Fənərbaxça”nın yarımmüdafiəçisi N’Qolo Kanteni heyətə dəvət etməyib.
Axar.az Qol.az xəbər-a istinadla verir ki, 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində yer alan 35 yaşlı futbolçu bu dəfə siyahıdan kənarda qalıb. “Fənərbaxça”nın digər yarımmüdafiəçisi Matteo Qenduzi də milliyə çağırılmayıb.
Zidan eçirdiyi mətbuat konfrandında Kante ilə bağlı qərarının futbolçunun səviyyəsi ilə əlaqəli olmadığını bildirib:
“N’Qolo Kanteni heyətə daxil etmədim. Bu, tamamilə planlaşdırma ilə bağlı qərardır. Heyətdə komandanı daha da irəli apara biləcək futbolçular var. Bunun onun futbol keyfiyyəti ilə qətiyyən əlaqəsi yoxdur.
Kante hər zaman nümunə göstərilən futbolçu olub. Amma hazırda onun artıq 35 yaşı, mənim isə bu komandanın baş məşqçisi olaraq 4 illik layihəm var. Seçimlərimi də bu məntiqə uyğun etmişəm”.
Fransa Millətlər Liqasının ilk oyununu sentyabrın 25-də səfərdə Türkiyə millisinə qarşı keçirəcək.










