










Hüquqinfo.az bildirir ki,
Mahir Məmmədovun üçüncü dəfə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti seçilməsi Azərbaycanın idmana göstərdiyi yüksək diqqətə verilən beynəlxalq qiymətdir.
Azərbaycan Şahmat Federasiyasının prezidenti bu barədə "Hüquqinfo.az"a açıqlamasında bildirib.
M.Məmmədov FIDE-də üçüncü dəfə bu vəzifəyə seçilməsi ilə bağlı fikirlərini bölüşüb:
"Beynəlxalq Şahmat Federasiyasının Səmərqənddə keçirilən Konqresində üçüncü dəfə vitse-prezident vəzifəsinə seçilmək təkcə mənim yox, bütövlükdə Azərbaycan şahmat məktəbinə və dövlətimizin idmana göstərdiyi yüksək diqqətə verilən beynəlxalq qiymətdir. Bu etimadı doğrultmaq mənim üçün böyük fəxr və məsuliyyətdir".
"Yeni seçilən FIDE prezidenti Timur Turlov ilə birlikdə növbəti 4 il üçün qarşıya qoyduğumuz bir sıra məqsədlər var. Birincisi, şahmatın coğrafiyasını genişləndirmək, müasir texnologiyalar və rəqəmsal platformalar vasitəsilə oyunu gənclər üçün daha əlçatan etməkdir. İkincisi, dünyada şahmatın məktəblərə inteqrasiyası proqramlarını gücləndirmək, intellektual nəslin yetişməsinə töhfə verməkdir. Üçüncüsü, inovativ layihələrlə qadınların həm peşəkar şahmatda, həm də idarəçilikdə rolunu və dəstəyini artırmaqdır. Azərbaycan olaraq həm ölkəmizdə, həm də dünya miqyasında şahmatın inkişafı və bu hədəflərin reallaşması üçün fəal işimizi davam etdirəcəyik".










