Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
İkinci “11 sentyabr” hadisəsi yaşanacaqdı - Şok--:--
News
"ADEX 2026"da Türkiyə istehsalı olan PAMİR 4x4 taktik t...--:--
News
Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktə...--:--
News
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlə...--:--
News
Dilan Polad yenidən saxlanıldı--:--
News
İkinci “11 sentyabr” hadisəsi yaşanacaqdı - Şok--:--
News
"ADEX 2026"da Türkiyə istehsalı olan PAMİR 4x4 taktik t...--:--
News
Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktə...--:--
News
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlə...--:--
News
Dilan Polad yenidən saxlanıldı--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

idman

Oyan Nəzəriani: "Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir"

Bugün, 14:31
News thumbnail

Hüquqinfo.az bildirir ki,

"Hüquqinfo.az" xəbər verir ki, bunu çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Oyan Nəzəriani deyib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verən mütəxəssis millinin Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsindəki uğurlu çıxışından danışıb:

"Çox güclü yarış oldu. Çoxlu sayda iştirakçı var idi. Keçən ilin final mərhələsindən sonra iki qızıl medal qazanmışdıq. Elə həmin yarışdan qayıdandan sonra burada söz verdik ki, gələn il 4 çəkidə iştirak edəcəyik. Komanda halında da çalışacağıq ki, iddiamızı önə sürək və şükürlər olsun ki, belə də oldu. Bütün çəkilərdə medal qazanıldı. İki qızıl və iki bürünc medal oldu və komanda halında da dünya çempionu olduq. Çimərlik güləşində iddialı ölkələrdən biriyik. Burada Azərbaycan Güləş Federasiyasının bizə verdiyi dəstək danılmazdır. Vaxtaşırı təşkil edilən yüksək səviyyəli təlim-məşq toplanışları və müxtəlif yığma komandaların ölkəmizə dəvət olunması bizim üçün çox faydalı oldu".

"Biz bayrağımızı önümüzə qoyduq və yarışın başladığı gün qeyd etdik ki, bu millətin övladları bu millət üçün canından keçiblər. Biz də bu millətə borcluyuq".

"Mükafatı alanda da dedim ki, bu fərdi mükafatdan əlavə, mənim üçün həm də komanda mükafatıdır. Çünki heç bir şəxs təkbaşına büyük uğurlar qazana bilməz. Ona görə də bir daha yarışda iştirak edən tələbələrimizə, iştirak etməyib yığma komandanın üzvlərinə, məşq prosesində kömək olan tələbələrimizə, yığma komandanın məşqçilərinə, idmançıların şəxsi məşqçilərinə, Güləş Federasiyasına təşəkkür edirəm".

Yarışı dünya çempionu kimi bitirən Vüsal Əliyev qələbəyə görə sevincli olduğunu deyib:

"Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Məşqçilərimizin rəhbərliyi altında 5 təlim-məşq toplanışı keçdik. Bildiyiniz kimi, ötən il də dünya çempionu olmuşdum. Titulu qoruyub saxlamağı bacardım. Çox sevincliyəm. Qələbəmi şəhidlərimizə həsr edirəm".

Digər qızıl medalçı Əşrəf Aşırov isə Azərbaycan çempionatına köklənəcəyini vurğulayıb:

"Çimərlik güləşinə başlayanda heç bilmirdim məni burada nə gözləyir. Ancaq yığma komandanın məşqçilərinin iş planını, sistemini və işə yanaşmalarını gördükdən sonra onlara və uğur qazanacağıma inandım. Dünya Seriyasının 5 mərhələsindən 4-də qızıl medal qazandım. Gələn ilin planını bilmirəm. Hazırda qarşıdan gələn Azərbaycan çempionatına köklənirik. Ondan sonrasını zaman göstərəcək".

Dünya üçüncüsü Camal Feyziyev isə gələn mövsüm bütün çəkilərdə qızıl medal qazanmaq istədiklərini dilə gətirib:

"Bildiyiniz kimi, Dünya Seriyasına 4-cü mərhələdən başladım və həm Bakıda, həm də Katerinidə qızıl medal qazandım. Yekunda dünya üçüncüsü olmağı bacardım. Söz verirəm ki, gələn il bu medalın əyarını qızıla çevirəcəyəm. İnşallah, gələn il bütün çəkilərdə dünya çempionu olarıq".

Başqa bir bürünc mükafat qazanan güləşçi Sahib Dadaşov Dünya Seriyasının sonuncu mərhələsinə ötən ildən qoşulduğunu söyləyib:

"Sözsüz, hər idmançı dünya çempionu olmaq istəyər. Son 2-3 ayda zədələr məşqlərdə və yarışlarda çətinliklər yaratdı. Şükürlər olsun ki, mövsümü medalla başa vura bildim. İndi Azərbaycan çempionatına hazırlaşacağam. Bu qələbəmi məndən motivasiya alan tələbələrimə həsr edirəm".

Fəxri kürsünün üçüncü pilləsinə yüksələn Rübail İbrahimli isə gələn il qızıl medal qazanmağı hədəflədiyini bildirib:

"Bu il dünya üçüncüsü oldum. Növbəti il çempion olmaq üçün əlimdən gələni edəcəyəm. Qazandığım medalı bu yaxınlarda dünyasını dəyişən dəyərli məşqçimiz Həsrət Məmmədyarovun ruhuna həsr eləyirəm".

Qeyd edək ki, Dünya Seriyasının 5 mərhələsində toplanan xalların yekun nəticələrinə əsasən, dünya çempionları da müəyyənləşib. Beləliklə, Vüsal Əliyev (80 kq) karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb. Bu il çimərlik güləşində debüt edən Əşrəf Aşırov isə 90 kq-da eyni uğura imza atıb. Rübail İbrahimli 70, Sahib Dadaşov 80, Camal Feyziyev isə +90 kq-da dünya üçüncüsü ünvanını əldə ediblər. 2 qızıl və 3 bürünc medal qazanan millimiz komanda hesabında tarixində ilk dəfə dünya çempionu olub.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
idman

Rusiyalı Avropa və dünya çempionu Matvey Kanikovski yarışlardan kənarlaşdırılıb

News thumbnail
idman

Portuqaliya millisinin baş məşqçisi ilə Kriştianu Ronaldu arasındakı münaqişə həll olunub

News thumbnail
idman

"Xankəndi"nin yeni baş məşqçisi Röyal Nəcəfov: "Komandada fiziki və psixoloji problemlər var idi"

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

"Channel-12": Dubay-Təl-Əviv reysinin daha bir təyyarəsi geri dönmək barədə göstəriş alıb

Bugün, 14:50
News thumbnail
Bugün
idman

Rusiyalı Avropa və dünya çempionu Matvey Kanikovski yarışlardan kənarlaşdırılıb

Bugün, 14:47
News thumbnail
Bugün
huquq

Prokuror Saleh Səmədova 9 il həbs istədi

Bugün, 14:45
News thumbnail
Bugün
dunya

Dubaydan Təl-Əvivə uçan təyyarə qəfil geri qayıtdı

Bugün, 14:40

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Kreml Kalininqradın blokadaya alınacağı təqdirdə, Avropanı nüvə silahı ilə hədələyib

Bugün, 14:38
News thumbnail
Bugün
dunya

Rusiyadan S-400-lərlə bağlı buna icazə verdi: Türkiyədən...

Bugün, 14:36
News thumbnail
Bugün
huquq

DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib

Bugün, 14:35
News thumbnail
Bugün
cemiyyet

“Günlərdir su boş-boşuna axıb zay olur”

Bugün, 14:35
News thumbnail
Bugün
iqtisadiyyat

Hörmüz boğazında neft tankeri vurulub

Bugün, 14:32
News thumbnail
Bugün
iqtisadiyyat

Hava həyəcanı hər saat 45 milyon dollar itkiyə səbəb olur

Bugün, 14:31
News thumbnail
idman

Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub

News thumbnail
idman

Bolqarıstanın “Botev Plovdiv” klubunun prezidenti güllələnərək öldürülüb