Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“Ana olmaq istəyirəm”--:--
News
Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı ...--:--
News
Azərbaycanın U-20 millisi Qəbələdəki toplanışda ilk yox...--:--
News
Azərbaycan regional mərkəzi bank sədrlərinin dəyirmi ma...--:--
News
Robert Mobili: Gəncəsər Monastır Kompleksinin erməni ki...--:--
News
“Ana olmaq istəyirəm”--:--
News
Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı ...--:--
News
Azərbaycanın U-20 millisi Qəbələdəki toplanışda ilk yox...--:--
News
Azərbaycan regional mərkəzi bank sədrlərinin dəyirmi ma...--:--
News
Robert Mobili: Gəncəsər Monastır Kompleksinin erməni ki...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

idman

Ruy Jorje: "Dünya çempionatında yaxşı oynasaq, azərbaycanlılar bizimlə qürur duyacaqlar" - MÜSAHİBƏ

Bugün, 16:08
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Hazırda Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın U-20 millisinin baş məşqçisi Ruy Jorje "Hüquqinfo.az"a müsahibə verib. Bu ilin martından yığmada çalışan portuqaliyalı mütəxəssis Azərbaycan futbolu ilə bağlı təəssüratlarını bölüşüb, millidəki işindən və komandanın dünya çempionatına hazırlığından danışıb. O, həmçinin U-20 millisindəki istedadlı futbolçular, yerli oyunçuların inkişafı, legioner limiti və qarşıdakı yoxlama oyunları barədə fikirlərini açıqlayıb. Ruy Jorje müsahibəsində Azərbaycan və Özbəkistanın 2027-ci ildə birgə ev sahibliyi edəcəyi dünya çempionatında U-20 millisinin hədəflərindən də söz açıb.

- Bu ilin martından Azərbaycanda işləyirsiniz. Qısa müddət olsa da, ölkə futbolu haqqında sizdə hansı təəssüratlar formalaşıb?

- Bura futbol üçün gəlmişik. Azərbaycanın güclü futbol ölkəsi olmadığını hər birimiz bilirik. Lakin hazırda burada gördüklərim məni sevindirir və hər şeyə görə şadam.

- Baş məşqçisi olduğunuz U-20 millisi haqqında nələr deyə bilərsiniz? Azərbaycanda istedadlı oyunçular var?

- Bəli, ölkədə istedadlı futbolçular var. Onlar özlərini yaxşı tərəfdən göstərməyə hazırdırlar. Lakin hələ ki, tam istədiklərini həyatı keçirməyi bacarmırlar. Bu isə bizim işimizə yaramır. Lazımdır ki, onlar həmişə bacarıqlarını yaxşı formada göstərsinlər.

- Yığmaya yeni təyinat aldığınız vaxt komandanın istəkli olduğunu bildirmişdiniz. Hazırda kollektivdə durum necədir?

- Onlar hələ də istəklidirlər. Futbolçuların hazırkı davranışlarından çox razıyam. Oyunçular çalışırlar ki, verilən tapşırıqları düzgün yerinə yetirsinlər. Həmişə yeni nəsə öyrənməyə meyillidirlər. İndiyə qədər olan hər şey yaxşıdır.

- Bu suala belə cavab vermək olar ki, mən gəldiyim gündən bu yana baxış bucaqlarını fərqli göstərməyə çalışmışam. Məsələn, futbola fərqli yanaşma, bəlkə də fərqli məşqlər. Lakin nəyi dəyişdiyimi bilmək üçün komandanın əvvəlki durumunu bilməliyəm. Onu bilmədiyim üçün suala tam dəqiq cavab vermək çətindir.

- Qarşıda U-20 millisini Moldova və Yaponiya seçmələri ilə yoxlama oyunları gözləyir. Bu matçlarla bağlı nə deyə bilərsiniz? Yaponiyanı rəqib seçməyinizin xüsusi səbəbi var?

- Əslində hazırlığın bu mərhələsində Yaponiya ilə oynamaq istəmirdik. Lakin indiki vaxtda rəqib tapmaq asan deyil. Hazırda onlar bizim üçün çox güclü rəqibdir. Biz bunu bilirik. Amma hazırlaşmalıyıq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Nəticəyə görə çox narahat olmuruq. Çünki bu, yoxlama matçıdır. Öz futbolumuza diqqət yetirərək, oyunumuzda etməli olduğumuz şeyləri nəzərdən keçiririk. Yaxşı olardı ki, Yaponiya kimi yığmalarla gəlcəkdə qarşılaşaq.

- Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı üçün U-20-nin optimal heyətinin nə vaxt formalaşacağını düşünürsünüz?

- Əlbəttə, nə qədər çox təlim-məşq toplanışında iştirak etsək, bizim üçün yaxşı olar. Komandamızın daha yaxşı olması üçün bunu daha çox etmək lazımdır. Hazırlıq çox olsa, komanda daha yaxşı vəziyyətə gələr. Bir müddət sonra daha yaxşı inkişaf edəcəyimizi və dünya çempionatına hazır olacağımızı düşünürəm. İndiki vəziyyətdə futbolçular məni, mən də onları yaxşı başa düşürəm. Artıq onlarla bir-birimizə öyrəşmişik.

- Sırf yerli futbolçularla dünya çempionatında nəyəsə nail olmaq mümkündür? Yoxsa heyətdə "milliləşdirilmiş" oyunçulara ehtiyac duyulacaq?

- Yerli oyunçularla işləmək mənim üçün xoşdur. Onlar əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Onlarda futbol eşqini, qalibiyyət istəyini görmək məni çox sevindirir. Düşünürəm ki, bu cür yerli futbolçularla uğura nail ola bilərik, yaxşı nəticələr qazanmaq mümkündür.

- Ölkə xaricində izlədiyiniz oyunçular var? Yaxın gələcəkdə belə futbolçuları millidə görə biləcəyik?

- U-21 millisindən heyətə cəlb etmək istədiyimiz oyunçular var. Lakin yaxın tarixdə U-21 yığmasının oyunları var. Baş məşqçi Rəşad Eyubovla danışmışıq. Həmin oyunlardan sonra U-21 yığmasından gələcək oyunçular var. Bundan başqa, biz daha əvvəlki tarixlərdən toplanışa başladığımız üçün bəzi klublar öz futbolçularını buraxmadılar. Məsələn, ilk toplanışda Əli Bəşirovu hazırlığa cəlb etmək istəyirdik, lakin alınmadı. Həm də zədəsi var idi. İlk toplanışda Premyer Liqada çıxış edən futbolçuları çağırmamışdım. Lakin toplanışın növbəti mərhələsində onlara da dəvət göndərəcəyik. Mən onları lap əvvəldən hazırlıq prosesinə cəlb edib, klublarında heyətə düşmək şanslarını itirmələrini istəməmişəm.

- Premyer Liqada legioner limiti ləğv edilib. Bu səbəbdən hazırda elita klublarının heyətində U-20 millisinə çağırıla biləcək futbolçu, demək olar ki, yoxdur. Bu məqam işinizi nə dərəcədə çətinləşdirir?

- Təbii ki, onlar öz klublarında nə qədər çox oynasalar, bu onlar üçün bir o qədər xeyirlidir. Oyun sayının çox olması daha tez inkişaf deməkdir. Lakin heyətə düşmək üçün mübarizə aparmalıdırlar. Bu, dünyanın hər yerində belədir. Onlar əsas heyətə layiq olduqlarını sübut etməlidilər.

- Doğma meydanda baş tutacaq mundialda U-20-nin hədəfi nə olacaq? Şəxsən sizin üçün hansı nəticə uğurlu sayılacaq?

- Azərbaycanlı futbolçuların keyfiyyətini göstərmək istəyirik. Komanda şəklində baxımlı oyun sərgiləmək istəyirik. İstəyirik ki, bu dünya çempionatında hər bir azərbaycanlı komandası ilə qürur duysun. İlk dəqiqələrdən sona qədər var gücümüzlə mübarizə aparasaq, keyfiyyətli oyun göstərsək, azərbaycanlılıar bizimlə qürur duyacaqlar.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
idman

Azərbaycanın U-20 millisi Qəbələdəki toplanışda ilk yoxlama matçını keçirib

News thumbnail
idman

İspaniya Kral Futbol Federasiyası Luis de la Fuente ilə müqavilənin müddətini uzadıb

News thumbnail
idman

Azərbaycanın U-20 millisinin baş məşqçisi: "Yerli futbolçularla uğura nail ola bilərik"

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Bugün, 17:19
News thumbnail
Bugün
huquq

Bakıda marketdə qadını döyən şəxs həbs edilib

Bugün, 17:17
News thumbnail
Bugün
idman

Azərbaycanın U-20 millisinin baş məşqçisi: "Yerli futbolçularla uğura nail ola bilərik"

Bugün, 17:17
News thumbnail
Bugün
siyaset

Bakının azad edilməsi İzmirdə qeyd olundu - Foto

Bugün, 17:17

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Alban-Udi xristian dini icmasının üzvü: Gəncəsər monastırında öz dilimizdə ibadət etdik

Bugün, 17:16
News thumbnail
Bugün
huquq

“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib

Bugün, 17:16
News thumbnail
Bugün
son xeberler

AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub

Bugün, 17:15
News thumbnail
Bugün
cemiyyet

MÜTDA: 104 mindən çox uşaq məktəbəhazırlıq qrupuna qəbul olub

Bugün, 17:15
News thumbnail
Bugün
iqtisadiyyat

Qırğızıstanda bir qoç 1 milyon dollara satıldı

Bugün, 17:10
News thumbnail
Bugün
huquq

Arvadını hamının gözü qarşısında döymüşdü

Bugün, 17:10
News thumbnail
idman

İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalandı

News thumbnail
idman

"Formula 1" pilotu Oliver Berman: "Azərbaycan Qran-prisində inamlı çıxış etməyə çalışacağam"