
Hüquqinfo.az bildirir ki,
İngiltərənin "Tottenhem" klubu Premyer Liqanın digər təmsilçisi "Nottinqem Forest"in yarımmüdafiəçisi Morqan Qibbs-Uayt və "Bornmut"un üzvü Aleks Skottu transfer etmək niyyətindədir.
"Hüquqinfo.az" xarici mediaya istinadən xəbər verir ki, 26 yaşlı Qibbs-Uaytın keçidi qış "transfer pəncərəsi"ndə reallaşa bilər.
Keçidin dəyərinin təxminən 145,8 milyon avro olacağı gözlənilir. London klubu mövsümün ortasında belə böyük vəsait xərcləməkdən çəkinmir. "Tottenhem" ötən il də yarımmüdafiəçini heyətinə qatmağa cəhd edib. Oyunçu cari mövsümdə daxili çempionatda 5 matça çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
Yeni mövsümə uğursuz başlayan paytaxt təmsilçisi "Bornmut"un mərkəz yarımmüdafiəçisi Aleks Skottu da diqqətdə saxlayır. 23 yaşlı oyunçu üçün təzminat məbləğinin bonuslarla birgə 80-90 milyon avro təşkil edəcəyi ehtimal olunur.
Onun hazırkı klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub. Skott cari turnirdə 5 qarşılaşmada forma geyinib, 1 dəfə fərqlənib və 1 sarı vərəqə ilə yadda qalıb.






