
Hüquqinfo.az bildirir ki,
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb.
Bu barədə "Hüquqinfo.az"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Siyahıya Beynəlxalq Cüdo Federasiyasının (İJF) Qaçqınlar komandası da daxil edilib. Həmin kollektivlə birlikdə say 96 olub.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.










