Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

2027-ci ildə maaşlar nə qədər artacaq?

Dünən, 22:33
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Minimum əməkhaqqı müəyyən edilərkən adətən inflyasiya, yaşayış xərcləri, orta əməkhaqqının səviyyəsi və artım tempi, əmək məhsuldarlığı, məşğulluq və ümumi iqtisadi vəziyyət nəzərə alınır. Azərbaycanda da 2027-ci il üzrə mümkün rəqəmi təxmin etmək üçün bu göstəricilərlə yanaşı, əvvəlki illərdə minimum əməkhaqqının necə artırıldığına, yəni yanaşma təcrübəsinə baxmaq olar.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

"2020 və 2021-ci illərdə minimum əməkhaqqı 250 manat olub. 2022-ci ildə 50 manat və ya 20% artırılaraq 300 manata, 2023-cü ildə 45 manat və ya 15% artırılaraq 345 manata, 2025-ci ildə isə 55 manat və ya 15,9% artırılaraq 400 manata çatdırılıb. 2024 və 2026-cı illərdə artım olmayıb. Yəni son üç artımın hamısı 15-20% intervalında olub.

İndi isə orta aylıq əməkhaqqının ümumi dinamikasına baxaq. 2025-ci ildə ölkədə orta aylıq nominal əməkhaqqı 1102,9 manat olub. 2026-cı ilin yanvar-iyulunda bu göstərici artıq 1176,7 manata çatıb. 2027-ci il üçün isə 1288,3 manat proqnozlaşdırılır. Beləliklə, 2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2027-ci ildə orta əməkhaqqının təxminən 185 manat və ya 16,8% yüksək olacağı gözlənilir".

Ekspert deyib ki, bu müqayisə minimum əməkhaqqı üzrə mümkün rəqəmi ehtimal etmək üçün ciddi əsasdır:

"Yəni, 2025-ci ilin faktiki göstəricisi ilə 2027-ci il üçün olan proqnozu müqayisə etdikdə orta aylıq əməkhaqqında 16,8% artım gözlənilir. Minimum əməkhaqqında da buna yaxın artım olarsa, 400 manat təxminən 465-470 manata yüksəlir.

İnflyasiya tərəfdən baxdıqda isə bir qədər aşağı nəticə alınır. 2026-cı ilin yanvar-avqust aylarında illik inflyasiya 5,7% təşkil edib, 2027-ci il üçün isə orta illik inflyasiya 5,3% proqnozlaşdırılır. Bu göstəricilər minimum əməkhaqqının artımında yalnız inflyasiya amili əsas götürüldükdə, 450 manata yaxın rəqəmin mümkün ola biləcəyini göstərir.

Beləliklə, iki fərqli göstərici bizə müəyyən interval verir. İnflyasiya üzərindən hesablama təxminən 450 manata, orta əməkhaqqının artım tempi isə 465-470 manata aparır. Eyni zamanda əvvəlki minimum əməkhaqqı artımların da 15-20% intervalında olması da bu rəqəmin 2027-ci il üçün 460 manatı və daha yuxarı rəqəmləri dəstəkləyən əlavə göstəricidir.

2027-ci ilin büdcə xərclərinin cəmi 1,7% artırılması isə ümumi maliyyə fonunun daha ehtiyatlı qurulduğunu göstərir. Amma minimum əməkhaqqını birbaşa büdcə xərclərinin artım faizinə bağlamaq doğru olmaz".

Bütün bunları birlikdə qiymətləndirdikdə E.Əmirovun 2027-ci il üçün proqnozu minimum əməkhaqqının 450-470 manat intervalında müəyyənləşdirilməsidir:

"Bu interval daxilində isə 460 manat mənə daha real görünür. Bu isə 15% artım deməkdir və həm əvvəlki artımların aşağı həddinə, həm son iki ildə orta əməkhaqqının və qiymətlərin dəyişməsinə, həm də mövcud iqtisadi göstəricilərə yaxın nəticə verir.

470 manat variantının da kifayət qədər ciddi əsası var. Çünki minimum əməkhaqqı orta əməkhaqqı ilə eyni tempdə artırılarsa, hesablamanın özü təxminən bu rəqəmi verir.

Bütün bunları nəzərə alaraq, mənim 2027-ci il üçün əsas proqnozum minimum əməkhaqqının 460 manat müəyyən edilməsidir".

"470 manat da mümkün variantdır və əhalinin alıcılıq qabiliyyətinin qorunması, sosial dəstəyin gücləndirilməsi baxımından daha müsbət qərar olardı. 450 manatdan aşağı məbləğ isə arzuolunan deyil", - deyə ekspert əlavə edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Pentaqon kosmosdan raket hücumlarını izləyən sistemləri maliyyələşdirəcək

News thumbnail
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

News thumbnail
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

Bugün, 03:53
News thumbnail
Bugün
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

Bugün, 03:50
News thumbnail
Bugün
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

Bugün, 03:38
News thumbnail
Bugün
son xeberler

OpenAI təhlükəsizlik problemlərinə görə GPT-6.1 Astra-nın buraxılışını təxirə salıb

Bugün, 03:27

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

Bugün, 03:17
News thumbnail
Bugün
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Bugün, 03:06
News thumbnail
Bugün
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu

Bugün, 03:00
News thumbnail
Bugün
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Bugün, 02:50
News thumbnail
Bugün
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

Bugün, 02:47
News thumbnail
Bugün
siyaset

“Tezliklə benzin qiymətləri düşəcək”

Bugün, 02:35
News thumbnail
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

News thumbnail
iqtisadiyyat

Suriyada qaz kəmərində güclü yanğın oldu