Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“Yatanda da gözlərim bağlanmır...”--:--
News
Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keç...--:--
News
17 yaşında həbs edilmişdi--:--
News
Trampdan Zelenskiyə cavab: Maskla özün danış!--:--
News
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə ...--:--
News
“Yatanda da gözlərim bağlanmır...”--:--
News
Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keç...--:--
News
17 yaşında həbs edilmişdi--:--
News
Trampdan Zelenskiyə cavab: Maskla özün danış!--:--
News
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə ...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub

Bugün, 11:15
News thumbnail

Hüquqinfo.az bildirir ki,

"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" Şirkətinin (AİMKL) Azərbaycandakı nümayəndəliyinin hasilat işləri həyata keçirdiyi Ağdərə rayonunun Canyataq kəndində yerləşən "Dəmirli" Filiz Emalı Kompleksi Qarabağ iqtisadi rayonunda "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) vasitəsilə göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan müəssisə kimi regionda məşğulluğun təmin olunmasına verdiyi töhfəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi təşəkkürnamə ilə təltif edilib.

Hazırda "Dəmirli" Filiz Emalı Kompleksində birbaşa əmək müqaviləsi əsasında çalışan əməkdaşların 62 faizini keçmiş məcburi köçkün statusuna malik şəxslər təşkil edir. Kompleksdə uzunmüddətli podratçı şirkətlərin əməkdaşları da daxil olmaqla, ümumilikdə 1 342 nəfər daimi işlə təmin olunub.

Ümumilikdə, şirkətin Azərbaycanın müxtəlif bölgələrində yerləşən mədən və geoloji kəşfiyyat sahələrində, o cümlədən uzunmüddətli podratçı şirkətlərin əməkdaşları da nəzərə alınmaqla, 2 882 nəfər çalışır. Əməkdaşlardan 450 nəfər keçmiş məcburi köçkün, 122 nəfər müharibə veteranı, 14 nəfər isə şəhid ailəsi üzvüdür.

Şirkətdən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlanıldığı ilk gündən əsas məqsədlərdən biri yeni və dayanıqlı iş yerlərinin yaradılması, yerli əhalinin, xüsusilə keçmiş məcburi köçkünlərin və doğma yurdlarına qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsidir. İşə qəbul prosesində müvafiq peşə hazırlığına, bilik və bacarıqlara malik, habelə vəzifə tələblərinə cavab verən namizədlərin məşğulluğuna xüsusi diqqət yetirilir.

"Bizim üçün "Dəmirli" Filiz Emalı Kompleksində fəaliyyət yalnız istehsalın təşkili ilə məhdudlaşmır. Yerli kadr potensialının inkişafı, peşəkar bilik və bacarıqların artırılması, insanların öz doğma torpaqlarında əmək fəaliyyəti ilə məşğul olması xüsusi əhəmiyyət daşıyır. Qarabağın iqtisadi dirçəlişinə və Böyük Qayıdış proqramına töhfə vermək bizim üçün həm böyük qürur, həm də mühüm sosial məsuliyyətdir. AİMKL olaraq bundan sonra da işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına, yeni iş yerlərinin yaradılmasına və regionun dayanıqlı sosial-iqtisadi inkişafına dəstəyimizi davam etdirəcəyik", – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1176-VIQ nömrəli Qanunu ilə "Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli" yataqlarının işlənməsi və hasilatın pay bölgüsü üzrə dövlətin təmsil səlahiyyəti "AzerGold" QSC-yə verilib. Saziş çərçivəsində mədənlərin idarəolunması, hasilat, ətraf mühitin mühafizəsi və sosial məsuliyyət sahəsində fəaliyyət "AzerGold" QSC-nin nəzarəti altında R.V. Investment Group Services LLC-nin əməliyyat şirkəti qismində çıxış edən AİMKL tərəfindən həyata keçirilir.

Dövlət təmsilçiliyi çərçivəsində "AzerGold" QSC-nin dəstəyi ilə hasilat və emal göstəricilərində mühüm artım qeydə alınıb. Ötən il qeyri-neft sektoru üzrə özəl ixracatçıların reytinqində 1-ci pilləyə yüksələn şirkət 2026-cı ilin ilk 8 ayı üzrə də liderliyini qoruyub. Eyni zamanda, şirkətin sosial məsuliyyət layihələrinin miqyası genişlənmiş, yerli icmalarla əməkdaşlığı daha sistemli və əhatəli xarakter almışdır.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır

News thumbnail
iqtisadiyyat

Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 19 %-ə yaxın artıb

News thumbnail
iqtisadiyyat

100 000 AZN-dək kredit 5 %-dək endirimlə - "Expressbank"da

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Milli Məclisdə dini abidələrlə bağlı dinləmənin keçirilməsi nəzərdə tutulur

Bugün, 11:52
News thumbnail
Bugün
siyaset

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

Bugün, 11:50
News thumbnail
Bugün
cemiyyet

Yanan maşındakı ata-oğulu son anda xilas etdilər

Bugün, 11:50
News thumbnail
Bugün
siyaset

Milli Məclisdə dini abidələrin durumu mövzusunda ictimai müzakirə keçiriləcək

Bugün, 11:49

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

İki stansiya buna görə pulsuz olubmuş - Rəsmi

Bugün, 11:48
News thumbnail
Bugün
dunya

Litva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır

Bugün, 11:45
News thumbnail
Bugün
son xeberler

Bakıda “Prius” piyadanı vurdu, sürücü öldü

Bugün, 11:44
News thumbnail
Bugün
cemiyyet

Uzun illərdən sonra efirə qayıdır

Bugün, 11:40
News thumbnail
Bugün
siyaset

"Sərbəst satış sertifikatı" "Rəqəmsal logistika platforması"na tam inteqrasiya edilib

Bugün, 11:39
News thumbnail
Bugün
huquq

Azərbaycanda cəza çəkən 5 əcnəbi əfv olunub

Bugün, 11:37
News thumbnail
iqtisadiyyat

KİV: İran Cənubi Pars qaz yatağının zədələnmiş gücünün 50%-ni bərpa edib

News thumbnail
iqtisadiyyat

AMB-dən uçot dərəcəsi ilə bağlı qərar