
Hüquqinfo.az bildirir ki,
Avropa İttifaqı (Aİ) ABŞ və İsrailin İrana qarşı müharibəsinin neft və qaz bazarlarına təsiri fonunda enerji qiymətlərinin artması ilə üzləşib.
"Hüquqinfo.az"un "Reuters" agentliyinə istinadən məlumatına görə, bu barədə Avropanın energetika üzrə komissarı Dan Yorgensenin Aİ ölkələrinin enerji nazirlərinə ünvanladığı məktubda bildirilir.
"Biz (enerjidə) qiymət böhranı ilə üzləşirik ki, bu da təchizat böhranı ilə bağlıdır", - Yorgensen qeyd edib.
O, Aİ ölkələrini qarşıdan gələn qışa hazırlıqlarını gücləndirməyə, anbarlarda tələb olunan qaz səviyyəsini qorumağa, eləcə də qaz və elektrik enerjisinə tələbatı lazım olduğu qədər azaltmağa yönəlmiş tədbirlərin tətbiqini və ya davam etdirilməsini nəzərdən keçirməyə çağırıb.
Beləliklə, Brüssel qiymətlərin artması və təchizat problemləri fonunda Aİ ölkələrində enerji istehlakını azaltmağı bir daha nəzərdən keçirir.
Eyni zamanda, Yorgensen bildirib ki, Aİ hazırda 2021-ci ilin qışında olduğundan daha yaxşı enerji çətinliklərinə hazırdır.










