
Hüquqinfo.az bildirir ki,
Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib.
Məlumatına görə, sənəddə benzin və dizel yanacağına enerji vergisinin litr başına 14,04 sent azaldılması təklif olunur. ƏDV daxil olmaqla, ümumi vergi endirimi litr başına təxminən 17 sent təşkil edəcək.
Qərarın 1 oktyabrda qüvvəyə minməsi planlaşdırılır. Onun son təsdiqi üçün Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin imzası lazımdır.










