Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını t...--:--
News
Britaniya Baş naziri növbədənkənar parlament seçkilərin...--:--
News
1200 km yol gedib Salahın oturduğu daşı öpdü--:--
News
Süni intellektlə bank rəhbərinin səsini təqlid edib--:--
News
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltm...--:--
News
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını t...--:--
News
Britaniya Baş naziri növbədənkənar parlament seçkilərin...--:--
News
1200 km yol gedib Salahın oturduğu daşı öpdü--:--
News
Süni intellektlə bank rəhbərinin səsini təqlid edib--:--
News
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltm...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Süni intellektlə bank rəhbərinin səsini təqlid edib

Bugün, 03:00
News thumbnail

Hüquqinfo.az bildirir ki,

İtaliyada süni intellektdən istifadə edən fırıldaqçılar ölkənin ən böyük bank qruplarından biri olan “Intesa Sanpaolo”nun özəl bank bölməsi olan “Fideuram”ı hədəfə alaraq təxminən 95 milyon avro (təxminən 184 milyon manat) vəsaitin köçürülməsinə nail olublar.

“Hüquqinfo.az” “Reuters”ə istinadən xəbər verir ki, fırıldaqçılar bank rəhbərliyini yüksəkvəzifəli şəxslərin adından göndərilən saxta “WhatsApp” mesajları və süni intellektlə yaradılmış səs yazıları vasitəsilə aldadıblar.

Fırıldaqçılıq fevral ayında başlayıb. “Fideuram”ın ovaxtkı prezidenti Paolo Molesini “Intesa Sanpaolo”nun baş direktoru Karlo Messinadan gəldiyini düşündüyü “WhatsApp” mesajı alıb. Mesajda bankın xaricdə həyata keçirilməsi planlaşdırılan təcili maliyyə əməliyyatı üçün bir sıra pul köçürmələri etməli olduğu bildirilib.

Daha sonra Molesinin tanıdığı beynəlxalq hüquq firmasının meneceri də prosesə cəlb olunub. Lakin telefonla danışan şəxsin əslində vəkil olmadığı üzə çıxıb. Fırıldaqçılar süni intellektdən istifadə edərək onun səsini təqlid edib və Molesini ilə danışaraq saxta göstərişləri daha inandırıcı göstəriblər.

Beləliklə, saxta mesajlar telefon danışığı ilə dəstəklənib və bank rəhbərliyində əməliyyatların həqiqi olduğu təəssüratı yaradılıb.

Verilən göstərişlər əsasında “Fideuram”dan çoxsaylı pul köçürmələri həyata keçirilib. Vəsaitin əhəmiyyətli hissəsi Çin və Honq Konqdakı hesablara göndərilib. Fırıldaqçılıq aşkar edildikdən sonra bank beynəlxalq maliyyə sistemləri vasitəsilə köçürülən vəsaiti izləməyə başlayıb. Nəticədə təxminən 59 milyon avro geri qaytarılıb. Lakin ən azı 36 milyon avronun kriptovalyutaya çevrildiyi üçün hələ də qaytarılmadığı bildirilir. İtaliya hakimiyyəti həmin vəsaitin tapılması üçün müxtəlif ölkələrlə əməkdaşlıq edir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib

News thumbnail
iqtisadiyyat

Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb

News thumbnail
iqtisadiyyat

Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qadağanı uzadıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Britaniyanın Baş naziri növbədənkənar seçkilərin keçirilməsini istisna edib

Bugün, 02:31
News thumbnail
Bugün
dunya

CBS: ABŞ İranın Hörmüz boğazı ilə bağlı təklifini qəbul etməyə tələsmir

Bugün, 02:12
News thumbnail
Bugün
siyaset

Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb

Bugün, 02:08
News thumbnail
Bugün
cemiyyet

Müasir insanın bu 7 vərdişi onu xəstə edir

Bugün, 01:57

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

CCTV: Si Cinpinin ABŞ-yə dövlət səfəri uğurla başa çatıb

Bugün, 01:55
News thumbnail
Bugün
dunya

Seçim ABŞ-ın ixtiyarındadır - Arakçı

Bugün, 01:45
News thumbnail
Bugün
dunya

Ceyhun Bayramov BMT-də çıxış etdi

Bugün, 01:36
News thumbnail
Bugün
siyaset

Türkiyə və İran rəsmiləri ikitərəfli münasibətləri, regional prosesləri müzakirə edib

Bugün, 01:34
News thumbnail
Bugün
iqtisadiyyat

Marko Rubio ABŞ biznes nümayəndə heyəti ilə Özbəkistana səfər edəcək

Bugün, 01:34
News thumbnail
Bugün
dunya

Kanada Avropa Birliyinə üzv olmaq istəmir - Anand

Bugün, 01:33
News thumbnail
iqtisadiyyat

Marko Rubio ABŞ biznes nümayəndə heyəti ilə Özbəkistana səfər edəcək

News thumbnail
iqtisadiyyat

İran qazı Azərbaycan ərazisindən keçəcək - Cəlali