
Hüquqinfo.az bildirir ki,
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.
“Hüquqinfo.az” xəbər verir ki, AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb.
Faiz dəhlizinin aşağı həddi isə 0.5 faiz bəndi azaldılaraq 5% səviyyəsində müəyyən edilib.
Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər nəzərə alınıb.










