Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Qazaxıstan MN-in 5 vəzifəli şəxsi Xəzərdə hərbçilərin ö...--:--
News
“Məkkə sazişi” ölkələrinin xarici işlər nazirləri görüş...--:--
News
Özbəkistan Zəngəzur dəhlizinin inkişafına pul qoymaq is...--:--
News
Mikayıl Cabbarov: "Azərbaycan daxili bazarla məhdudlaşa...--:--
News
Si Cinpinlə görüşdə Baydeni lağlağıya qoydu--:--
News
Qazaxıstan MN-in 5 vəzifəli şəxsi Xəzərdə hərbçilərin ö...--:--
News
“Məkkə sazişi” ölkələrinin xarici işlər nazirləri görüş...--:--
News
Özbəkistan Zəngəzur dəhlizinin inkişafına pul qoymaq is...--:--
News
Mikayıl Cabbarov: "Azərbaycan daxili bazarla məhdudlaşa...--:--
News
Si Cinpinlə görüşdə Baydeni lağlağıya qoydu--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Arzu Nağıyev: Hərbçilərin əməkhaqqı və pensiya sistemi beynəlxalq standartlara uyğunlaşdırılır

Bugün, 11:24
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Prezident İlham Əliyevin təşəbbüsü ilə hərbçilərin sosial rifahının təminatında növbəti artımların edilməsinə hədəflənən yeni islahat tədbirinə başlanır.

"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev komitənin bugünkü iclasında "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunlara təklif edilən dəyişiklikləri şərh edərkən deyib.

O qeyd edib ki, məqsəd Müdafiə Nazirliyi hərbi qulluqçularının əməyinin ödənişi sisteminin beynəlxalq standartlara və qabaqcıl ordu quruculuğu olan ölkələrin təcrübəsinə uyğunlaşdırılması, əməkhaqlarında artımların edilməsidir:

"Yeni islahat tədbiri nəticəsində Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. Bu artımlar üçün illik əlavə olaraq 550 milyon manatadək vəsait ayrılacaq.

Hesablamalar göstərir ki, əmək haqqı artımları kifayət qədər pensiya kapitalı toplamağa imkan verir.

Məlum olduğu kimi, hərbi qulluqçular hazırda sonuncu təminat xərcliyi əsasında pensiyaya çıxır. Dövlət qulluqçularında olduğu kimi hərbi qulluqçuların pensiya məbləğlərinin təminat xərcliyinə bağlılığı pul təminatı artımları zamanı toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləği formalaşmasına və hərbi qulluqçuların xidmətdə daha uzun müddət qalmasını deyil, pensiyaya çıxmasını stimullaşdırır".

Komitə sədri vurğulaybı ki, çoxsaylı əlavələr və birdəfəlik ödənişlər ləğv ediləcək, Müdafiə Nazirliyinin hərbçilərinin əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq, xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınacaq:

"Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq.

Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək, rütbə maaşının həcmi 70 faizə çatdırılacaq. Bu da hərbçilərin rifahını daha da artıraraq, onları daha çox xidmət etməyə stimullaşdıracaq.

Hərbçilərin əməkhaqları ilə bağlı yeni islahat təklifi, həmçinin, pensiya təminatı üzrə tədbirləri də əhatə edir və onların sığorta kapitallarının daha çox artımına, gələcək pensiyalarının daha yüksək olmasına istiqamətlənib. Həmçinin hərbçilərə şamil olunan pensiya mexanizmi daha da təkmilləşdirilir.

İslahat nəticəsində hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək".

Arzu Nağıyevin sözlərinə görə sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək:

"Eyni zamanda, pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək.

Bu islahat hərbçilərin daha çox xidmətdə qalmasını stimullaşdıracaq, daha çox xidmət etdikcə vəzifə və rütbələri, buna uyğun olaraq əməkhaqları, habelə pensiya kapitalları artacaq və gələcəkdə pensiyalarının daha yüksək olmasına imkan yaranacaq.

İslahat hərbçilərlə bağlı pensiya təyinatı sisteminin əhəmiyyətli dərəcədə sadələşməsinə, onların pensiyalarının elektron qaydada hər hansı ünvana getmədən qısa vaxtda təyin olunmasına imkan yaradacaq".

Komitə sədri vurğulayıb ki, aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq:

"Onu da qeyd etmək lazımdır ki, eyni vəzifədən pul təminatı islahatından əvvəl və sonra olmaqla pensiyaya çıxan 2 hərbi qulluqçunun pensiya məbləğləri bir neçə dəfə fəqlənəcək və pensiyaçılar arasında qeyri-bərabərlik yaradacaq. Təklif olunan yanaşma ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial təminatında bu qeyri-bərabərlik ortadan qalxacaq.

Xatırladaq ki, ölkəmizdə son illərdə aparılan əməkhaqqı və pensiya islahatları hərbi qulluqçuları da əhatə edib və bu dövrdə onların əməkhaqları və pensiyaları orta hesabla 2 dəfə artıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Qazaxıstan MN-in 5 vəzifəli şəxsi Xəzərdə hərbçilərin ölümünə görə saxlanılıb

News thumbnail
iqtisadiyyat

Özbəkistan Zəngəzur dəhlizinin inkişafına pul qoymaq istəyir

News thumbnail
iqtisadiyyat

Mikayıl Cabbarov: "Azərbaycan daxili bazarla məhdudlaşa bilməz"

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

BMT-dəki köhnə kreslolar gündəm oldu

Bugün, 12:25
News thumbnail
Bugün
siyaset

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

Bugün, 12:24
News thumbnail
Bugün
cemiyyet

Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı təşkil edildi

Bugün, 12:22
News thumbnail
Bugün
siyaset

Pakistanlı nazir: Şimal-Cənub avtomobil yolunun təxminən üç ilə tamamlanması planlaşdırılır

Bugün, 12:20

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Bugün, 12:20
News thumbnail
Bugün
siyaset

“Bu, asan bir tapşırıq deyil, çox çətindir”

Bugün, 12:20
News thumbnail
Bugün
siyaset

“Bu, asan tapşırıq deyil, çox çətindir”

Bugün, 12:20
News thumbnail
Bugün
iqtisadiyyat

Mikayıl Cabbarov: "Yüksək enerji qiymətlərinə baxmayaraq ARDNF-dən büdcəyə transfert azaldılır"

Bugün, 12:19
News thumbnail
Bugün
siyaset

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Bugün, 12:17
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan GAI reytinqində makroiqtisadi dinamika üzrə dünya liderləri sırasına daxil olub

Bugün, 12:15
News thumbnail
iqtisadiyyat

Mikayıl Cabbarov: "Yüksək enerji qiymətlərinə baxmayaraq ARDNF-dən büdcəyə transfert azaldılır"

News thumbnail
iqtisadiyyat

Azərbaycan GAI reytinqində makroiqtisadi dinamika üzrə dünya liderləri sırasına daxil olub